Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Bitkilərin Təkamülü Ssenarisi

Təkamülçülər, bitkilərin əmələ gəlməsiylə əlaqədar olaraq tək bir bitkidən yüz minlərlə bitki növünün əmələ gəldiyini iddia edirlər. Şübhəsiz ki, təkamülçülər digər mövzularda olduğu kimi, bu mövzuda da iddialarını dəstəkləyən hər hansı bir elmi dəlil təqdim edə bilməzlər. Çünki, təkamülçülər heyvanların və insanların təkamülü ilə bağlı iddialarında düşdükləri çıxılmaz vəziyyətə, bitkilərin təkamülü ilə əlaqədar olaraq ortaya atdıqları ssenarilərlə də yenidən düşürlər.

Prokaryot hücreler

Bu gün bitkilərin təkamülü ssenarisini müdafiə edənlərin düşdükləri ən böyük çıxılmaz vəziyyət, şübhəsiz ki, ilk bitki hüceyrəsinin necə təkamül keçirməsidir. Əslində yalnız bitkilərin təkamülü mövzusunda deyil, təkamüllə açıqlanmağa çalışılan hər mövzuda təkamülçülərin içinə düşdükləri ən böyük çıxılmaz vəziyyət, şübhəsiz ki, ilk hüceyrənin necə əmələ gəldiyi mövzusudur.

Bilindiyi kimi hüceyrələr olduqca kiçik canlı strukturlar olmalarına baxmayaraq, çox mürəkkəb sistemlərə sahibdirlər. Belə ki, bu sistemlərin tam olaraq necə işlədikləri mövzusunda bu günə qədər aydınlaşa bilməmiş bir çox şey vardır. Hüceyrə nəhəng bir fabrikə bənzər mürəkkəb strukturlara sahibdir. Tək bir orqanoidi əksik və ya olması lazım olduğundan fərqli olduqda artıq hüceyrə öz funksiyasını yerinə yetirə bilməz. Çünki hər bir orqanoidin xüsusi bir vəzifəsi və digər orqanoidlərlə çox mürəkkəb əlaqələri vardır. Bir hüceyrənin içində enerji istehsal edən strukturlardan hüceyrə ilə əlaqədar bütün məlumatların qeyd olunduğu yerlərə, maddələrin lazımi yerlərə çatmasını təmin edəcək daşıma sistemlərindən, gələn maddələri ayırma qisimlərinə, ferment və hormon hazırlayan qisimlərə qədər bir çox mürəkkəb quruluş mövcuddur.

Bu strukturlar qarşısında təkamülçü bir elm adamı olan W. H. Thorpe “canlı hüceyrələrinin ən sadəsinin sahib olduğu mexanizm belə, bəşəriyyətin indiyə qədər icad etdiyi, hətta xəyal etdiyi bütün cihazlardan daha çox mürəkkəbdir"(85) deməklə öz heyranlığını ifadə etmişdir.

Hüceyrədəki fövqəladə quruluşu görməzlikdən gələ bilməyən elm adamlarından biri də tanınmış rus təkamülçülərindən Aleksandr Oparindir. Oparin təkamül nəzəriyyəsinin hüceyrənin mürəkkəbliyi qarşısında düşdüyü vəziyyəti belə ifadə edir:

Təəssüf ki, hüceyrənin yaranması təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtəsini təşkil edir.(86)

Canlı hücreleri

Bir canlı hüceyrəsinin təsadüfən meydana gəlməsi qətiyyən mümkün deyil. 20-ci əsr elminin hüceyrədəki ağlasığmaz mürəkkəbliyi aşkara çıxarması, belə fövqəladə bir quruluşun təsadüfən meydana gələ bilməsinin heç cür mümkün olmadığını göstərmişdir. Bununla yanaşı 21-ci əsrin astanasında olduğumuz bu mərhələdə hüceyrənin daha bir çox sirri müasir elm tərəfindən hələ də ortaya çıxarılmamışdır. Hüceyrənin təsadüfən meydana gəlməsi bir yana, bu gün ən inkişaf etmiş texnologiyaya sahib laboratoriyalarda, ixtisaslaşmış elm adamlarının illərlə davam edən təcrübə və səyləri nəticəsində süni yolla belə bir canlı hüceyrəsi yaratmaq mümkün olmamışdır.

Nəticədə tək bir canlı hüceyrəsi belə bizi o qəti və konkret nəticəyə aparar: Hər şey, sonsuz ağıl və qüdrət sahibi olan Allahın yaratması ilə mövcud olmuşdur və hər şey Onun bənzərsiz sənətinin və elminin əsəridir.

Bu hissədə canlı hüceyrəsinin hansı səbəbə görə təsadüfən meydana gələ bilməyəcəyi mövzusu ətraflı şəkildə izah edilməyəcəkdir. (Ətraflı məlumat üçün baxın. Harun Yəhya, Hücredeki Mucize) Bu kitabda müzakirə ediləcək əsl mövzu, təkamül nəzəriyyəsinin iddiasının əksinə olaraq, tək bir bakteriya hüceyrəsindən təsadüflər nəticəsində mükəmməl şəkildə dizayn edilmiş bitkilərin meydana gələ bilməyəcəyi olacaq.

Təkamülçülər dünyanın ilk yaranma dövrlərində bir bakteriya hüceyrəsinin təsadüfən əmələ gəldiyini, milyonlarla il davam edən bir dövr nəticəsində bu hüceyrədən digər bütün canlıların; məsələn, quşların, böcəklərin, pələnglərin, atların, kəpənəklərin, ilanların, dələlərin əmələ gəldiyini iddia edirlər. Eyni şəkildə saysız-hesabsız müxtəliflikdəki bitkilər də təkamülçülərə görə yenə tək bir bakteriya hüceyrəsindən əmələ gəlmişlər. Məhz bu hissədə təkamülçülərin bu iddialarının reallaşmasının qeyri-mümkünlüyü və bunların xəyal gücünə əsaslanan, elmi olmayan iddialar olduğu nəzərdən keçiriləcək.

Bitkilərin təkamülü ssenarisində ilk bitki hüceyrəsinin guya fotosintez edə bilən "ibtidai" bir bakteriya hüceyrəsindən təkamül keçirdiyi iddia edilir. Bu ssenaridə təkamül keçirdiyi irəli sürülən "ibtidai hüceyrə", bir bakteriya hüceyrəsidir (prokariot hüceyrə). Bu iddianın əsassızlığına keçmədən əvvəl, bir bakteriya hüceyrəsinin təkamülçülərin iddia etdikləri kimi həqiqətən "ibtidai" olub-olmadığını araşdıraq.

Təkamül nəzəriyyəsinin ibtidai hüceyrə olduğunu irəli sürdüyü bakteriyalardakı üstün yaradılış

Bakteriyalar 1 mikrometr (1 millimetrin mində biri) diametrində olan və hüceyrə pərdəsiylə DNT sapından başqa quruluşu olmayan çox kiçik canlılardır. Quruluşları digər canlı hüceyrələriylə müqayisədə xeyli sadə kimi görünür. Ancaq bu qətiyyən bakteriyaların ibtidai canlılar olduğu mənasını verməz. Bu kiçik hüceyrələrin içində yer üzündə həyatın davamlılığını təmin edən çox əhəmiyyətli biokimyəvi hadisələr baş verir. Bakteriyalar yer üzündəki təbii ekoloji sistemin fəaliyyətində çox əhəmiyyətli funksiyalar yerinə yetirirlər. Məsələn, bəzi bakteriya növləri ölü bitki və heyvan qalıqlarını parçalayaraq, bunları canlı orqanizmlərin təkrar istifadəsi üçün təməl kimyəvi maddələrə çevirirlər. Bəziləri torpağın məhsuldarlığını artırır. Bunlardan başqa südü pendirə çevirmək, zərərli bakteriyalara qarşı antibiotik hazırlamaq, vitamin sintez etmək kimi çox əhəmiyyətli vəzifələr yerinə yetirirlər.

Prokaryot hücreler

Bunlar bakteriyaların yerinə yetirdikləri saysız vəzifədən yalnız bir neçəsidir. Bütün bunları edən bakteriyaların hüceyrə quruluşları sadə kimi görünsə də ətraflı şəkildə araşdırıldığında heç də belə olmadığı görünər. Bir bakteriyanın 2000-ə yaxın geni vardır. Hər bir gendə isə 1000-ə qədər hərf (şifrə) vardır. Bu da bakteriyanın DNT-sindəki məlumatın ən azı 2 milyon hərf uzunluğunda olması deməkdir. Bu nə deməkdir? Bu hesaba görə tək bir bakteriyanın DNT-sində olan məlumatın, hər birində 100 000 kəlmə olan 20 romana bərabər olması deməkdir.(87)

Məhz hər bir bakteriyanın DNT-sində kodlanmış bu məlumatlardakı hər hansı bir dəyişiklik, bakteriyanın bütün iş sistemini pozacaq qədər əhəmiyyətlidir. Göründüyü kimi bakteriyaların genetik şifrələrində bir ləngimənin baş verməsi, iş sistemlərinin pozulması, yəni, bakteriyaların yaşaya bilməmələri və nəsillərini davam etdirə bilməmələri mənasını verər. Bunun nəticəsində də ekoloji tarazlıq zəncirinin çox mühüm bir halqası qopar və canlılar aləmindəki bütün tarazlıqlar alt-üst olar. Bu mürəkkəb xüsusiyyətlər nəzərə alındığında təkamül nəzəriyyəsinin iddia etdiyi kimi bakteriyaların ibtidai hüceyrələr olmadıqları aydın olur. Üstəlik təkamülçülərin iddia etdiyi kimi, bakteriyaların təkamül keçirərək bitki və heyvan hüceyrələrinə (eukariot hüceyrələrə) çevrilməsi də bütün biologiya, fizika və kimya qanunlarına zidd bir hadisədir. Bu qeyri-mümkünlüyü açıq şəkildə bilmələrinə baxmayaraq, təkamül nəzəriyyəsi müdafiəçiləri çarəsizliklərindən uydurduqları bu əsassız nəzəriyyələri müdafiə etməkdən imtina etməzlər. Bununla yanaşı bu nəzəriyyələrinin əsassızlığını da zaman-zaman dilə gətirməkdən geri qalmazlar. Məsələn, tanınmış yerli təkamülçülərdən prof. Əli Dəmirsoy ibtidai olduğu iddia edilən bakteriya hüceyrələrinin eukariot hüceyrələrə çevrilə bilməyəcəyini bu sözləriylə etiraf edir:

Təkamüldə açıqlanması ən çətin olan mərhələlərin biri də bu ibtidai canlılardan, necə orqanoidli və mürəkkəb hüceyrələrin meydana gəldiyini elmi baxımdan açıqlamaqdır. Əslində bu iki forma arasında olan həqiqi bir keçid forması da tapılmamışdır. Bir hüceyrəlilər və çox hüceyrəlilər tamamilə bu mürəkkəb quruluşa sahibdirlər, hər hansı bir şəkildə daha sadə quruluşlu orqanoidləri olan və ya bunlardan birinin daha ibtidai olduğu bir qrupa və ya canlıya rast gəlinməmişdir. Yəni, daşınan orqanoidlər hər cəhətdən inkişaf etmişdir. Sadə və ibtidai formaları yoxdur.(88)

"Təkamülçü bir elm adamı olan prof. Əli Dəmirsoyu bu qədər açıq şəkildə danışmağa sövq edən nədir?" sualı ağla gələ bilər. Bu sualın cavabı bakteriya hüceyrəsi ilə bitki hüceyrəsi arasındakı böyük struktur fərqlərinə baxıldığında çox dəqiq bir şəkildə verilə bilər. Bunlar;

1. Bakteriya hüceyrəsinin hüceyrə qılafı polisaxarid və zülaldan əmələ gəldiyi halda, bitki hüceyrəsinin hüceyrə qılafı bunlardan tamamilə fərqli bir quruluş olan sellülozadan əmələ gələr.

2. Bitki hüceyrəsində pərdəylə əhatələnmiş, olduqca mürəkkəb strukturlara sahib bir çox orqanoid olduğu halda, bakteriya hüceyrəsində heç bir orqanoid yoxdur. Bakteriya hüceyrəsində yalnız sərbəst halda hərəkət edən çox kiçik ribosomlar vardır. Bitki hüceyrəsindəki ribosomlar isə daha böyükdürlər və pərdələrə bağlıdırlar. Həmçinin hər iki ribosom növü də fərqli yolla zülal sintez edir.(89)

3. Bakteriya və bitki hüceyrəsindəki DNT-lərin strukturları bir-birlərindən fərqlənir.

4. Bitki hüceyrəsindəki DNT molekulu iki qatlı bir pərdəylə mühafizə edildiyi halda, bakteriya hüceyrəsindəki DNT molekulu hüceyrə daxilində sərbəst şəkildə dayanır.

5. Bakteriya hüceyrəsindəki DNT molekulu forma etibarilə bir düyün görünüşündədir, yəni, dairəvidir. Bitki hüceyrəsindəki DNT molekulu isə xətt formasındadır.

6. Bakteriya hüceyrəsindəki DNT molekulunda olduqca az sayda zülal vardır. Ancaq bitki hüceyrəsindəki DNT molekulu bir ucdan digər uca qədər zülallara bağlanmışdır.

7. Bakteriya hüceyrəsindəki DNT molekulu tək bir hüceyrəyə aid məlumat daşıdığı halda, bitki hüceyrəsindəki DNT molekulu bitkinin hər bir şeyinə aid məlumatları daşıyar. Məsələn, meyvəli bir ağacın kökləri, gövdəsi, yarpaqları, çiçəkləri və meyvəsinə aid bütün məlumatlar, ağacın bütün hüceyrələrinin hər birinin nüvəsindəki DNT-də ayrı-ayrılıqda vardır.

8. Bəzi bakteriya növləri fotosintetikdir, yəni, fotosintez edirlər. Ancaq bitkilərdən fərqli olaraq bakteriyalar hidrogen sulfid ilə sudan əlavə digər birləşmələri də parçalayar və oksigen qazı buraxmazlar. Həmçinin fotosintetik bakteriyalarda (məsələn, siano bakteriyasında) xlorofil və fotosintetik piqmentlər xloroplastın içində olmazlar. Bunlar hüceyrənin daxilində müxtəlif pərdələrin içinə basdırılmışlar.

9. Bakteriya hüceyrəsi ilə bitki/heyvan hüceyrəsindəki xəbərçi RNT molekullarının biokimyəvi quruluşları bir-birlərindən olduqca fərqlidir.(90)

Xəbərçi RNT 3 cür RNT tipi arasında bəlkə də ən əhəmiyyətlisidir. Çünki DNT bilavasitə zülal sintez etməz. DNT, xəbərçi RNT molekulunu sintez edir və mRNT polipeptid amin turşularının zəncirvari qaydada hazırlanması üçün lazımi məlumatı özündə saxlayır. Xəbərçi RNT-nin daşıdığı bu məlumatlar lazımi yerə çatdıqda amin turşuları və zülallar hazırlanar.

Çiçek

Hüceyrənin yaşaya bilməsində xəbərçi RNT olduqca həyati bir vəzifə boynuna götürmüşdür. Ancaq xəbərçi RNT-nin həm eukariot (canlı hüceyrələrində), həm də prokariot (bakteriya hüceyrələrində) hüceyrələrdə eyni həyati vəzifəni boynuna götürmüş olmasına baxmayaraq, biokimyəvi quruluşları bir-birlərindən fərqlidir. Darnell “Science”da dərc olunan bir məqaləsində mövzuyla əlaqədar olaraq belə yazmışdır:

Xəbərçi ribonuklein turşusunun əmələ gəlməsinin biokimyasında eukariotlar və prokariotların müqayisəsi zamanı görünən fərq o qədər böyükdür ki, prokariot hüceyrənin təkamül yolu ilə eukariot hüceyrəyə çevrilməsi qeyri-mümkündür.(91)

Yuxarıda bir neçə nümunəsini verdiyimiz bakteriyalar və bitki hüceyrələri arasındakı böyük quruluş fərqləri təkamülçü elm adamlarını böyük bir çıxılmaz vəziyyətə salır. Bəzi bakteriyaların və bitki hüceyrələrinin ortaq xüsusiyyətlərə sahib olmalarına baxmayaraq, bu quruluşlar ümumi şəkildə bir-birlərindən olduqca fərqlidirlər. Hətta bakteriyalarda heç bir orqanoidin olmamasına baxmayaraq, bitki hüceyrələrində çox mürəkkəb funksiyalara sahib bir çox orqanoidin olması, bakteriya hüceyrəsinin təkamül yolu ilə bitki hüceyrəsinə çevrildiyi iddiasının qəti şəkildə etibarsız olduğunu sübut edir.

Prof. Əli Dəmirsoy aşağıdakı sözləri ilə bu vəziyyəti açıq şəkildə etiraf edir:

İbtidai hüceyrələr heç vaxt təkamül prosesində mürəkkəb hüceyrələrə çevrilməmişdirlər.(92)

Təkamülçülərin bu haqdakı iddialarının əsassızlığı

Bir bakteriya hüceyrəsindən təkamül yolu ilə bir bitki hüceyrəsinin əmələ gəlməsinin qəti şəkildə qeyri-mümkün olmasına baxmayaraq, təkamülçü elm adamları bu həqiqəti görməzlikdən gəlməyə çalışaraq bir çox mübahisəli fərziyyələr ortaya atmışlar. Ancaq aparılan təcrübələr ortaya atılan bu fərziyyələri çürüdür.(93) Bu fərziyyələrdən ən geniş yayılanı "endosimbioz" nəzəriyyəsidir.

Bu fərziyyə 1970-ci ildə Lynn Margulis tərəfindən ortaya atılmışdır. Margulis “eukariot hüceyrələrin mənşəyi” adlı kitabında bakteriya hüceyrələrinin ortaq və parazit həyat yaşamaları nəticəsində bitki və heyvan hüceyrələrinə çevrildiklərini iddia edir. Bu nəzəriyyəyə görə bitki hüceyrələri bir bakteriya hüceyrəsinin başqa bir fotosintetik bakteriyanı udmasıyla əmələ gəlmişdir. Fotosintetik bakteriya ana hüceyrənin içərisində təkamül keçirərək xloroplast halına gəlmişdir. Nəhayət ana hüceyrədə hər necə oldusa nüvə, qolci kompleksi, endoplazmatik şəbəkə və ribosomlar kimi olduqca mürəkkəb strukturlara sahib orqanoidlər təkamül keçirmişdir. Beləcə bitki hüceyrələri əmələ gəlmişdir.

Göründüyü kimi təkamülçülərin bu nəzəriyyələri tamamilə xəyal məhsulu olan bir ssenaridən başqa bir şey deyil. Bütün əfsanəvi izahatına baxmayaraq, bu ssenari təkamülçülər baxımından mütləq ortaya atılması lazım olan bir ssenaridir. Çünki təkamülçülər həm bitki hüceyrəsi kimi mürəkkəb bir quruluşun, həm də fotosintez kimi canlılar aləmindəki ən əhəmiyyətli hadisənin necə meydana gəldiyini bir şəkildə izah etməliydilər. Margulisin bu nəzəriyyəsi hüceyrənin sahib olduğu bir xüsusiyyətə əsaslandığı üçün, digər iddialardan daha üstün kimi görünürdü. Buna görə də Margulisin ortaya atdığı bu nəzəriyyə çıxılmaz vəziyyətdəki bir çox təkamülçü elm adamı tərəfindən bir can simitləri olaraq görüldü.

Təkamülçülər bitki hüceyrəsinin bir xüsusiyyətinə əsaslanaraq bu nəzəriyyəni müdafiə etdilər. Məhz bu xüsusiyyət, hüceyrənin bütün hissələrini görməzlikdən gələrək ayrılıqda nəzərə alındığı təqdirdə, mövzu haqqında məlumatı olmayan kəsləri aldatmağa imkan verirdi. Lakin bu vəziyyət mövzu haqqında əhəmiyyətli tədqiqatlar aparan bir çox elm adamı tərəfindən də ətraflı şəkildə tənqid edildi. Bu elm adamlarına nümunə olaraq D. Lloyd (94), Gray və Doolittle(95), Raffi və Mahleri verə bilərik.

Endosimbioz nəzəriyyəsinin əsaslandırıldığı xüsusiyyət, hüceyrə daxilindəki xloroplastların ana hüceyrədəki DNT-dən müstəqil şəkildə öz DNT-lərinin mövcud olmasıdır. Məhz bu xüsusiyyətdən yola çıxaraq bir zamanlar mitoxondri və xloroplastların müstəqil hüceyrələr olduqları irəli sürülürdü. Lakin, xloroplastlar ətraflı şəkildə araşdırıldıqda bu iddianın göz boyamaq məqsədiylə istifadə edilən bir ssenaridən başqa bir şey olmadığı göründü.

Marqulisin endosimbioz nəzəriyyəsini etibarsız hala salan məqamlar bunlardır:

Evrimcilerin bitki hücrelerinin oluşumuna getirdikleri açıklama kısaca bu şematik anlatımla özetlenebilir.

1. - Əvvəlcə xloroplastlar iddia edildiyi kimi keçmişdə müstəqil hüceyrələr olduqları halda, böyük bir hüceyrə tərəfindən udulsaydılar bunun tək bir nəticəsi olardı; o da, bunların ana hüceyrə tərəfindən həzm edilməsi və qida kimi istifadə edilmələridir. Çünki haqqında danışılan ana hüceyrənin çöldən qida əvəzinə səhvən bu hüceyrələri aldığını fərz etsək belə, ana hüceyrə həzm fermentləriylə bu hüceyrələri həzm edərdi. Əlbəttə ki, bəzi təkamülçülər bu məsələni "həzm fermentləri yox olmuşdu" deyərək başdan sovdu edə bilərlər. Amma bu açıq-aydın bir ziddiyyətdir. Çünki əgər hüceyrənin həzm fermentləri yox olsaydı, bu təqdirdə qidalanmadığından ötrü ölməliydi.

2. - Yenə, bütün qeyri-mümkünsüzlüklərin baş verdiyini, xloroplastın əcdadı olduğu iddia edilən hüceyrələrin ana hüceyrə tərəfindən udulduğunu fərz edək. Bu dəfə qarşımıza başqa bir problem çıxar: Hüceyrə içərisindəki bütün orqanoidlərin layihəsi DNT-də şifrə halında mövcuddur. Əgər ana hüceyrə udduğu digər hüceyrələri orqanoid olaraq istifadə edəcəksə onlara aid məlumatı da DNT-sində şifrə halında əvvəlcədən saxlamalıydı. Hətta udulan hüceyrələrin DNT-ləri də ana hüceyrəyə aid məlumatlara sahib olmalıydı. Belə bir şeyin baş verməməsi ehtimalıyla yanaşı, hüceyrənin DNT-siylə udulan hüceyrələrin DNT-lərinin bir-birlərinə sonradan uyğunlaşmaları da qeyri-mümkündür.

3. - Hüceyrə içində çox böyük bir ahəng vardır. Xloroplastlar aid olduqları hüceyrədən müstəqil şəkildə hərəkət etməzlər. Xloroplastlar zülal sintez edərkən ana DNT-dən asılı olmaları ilə bərabər çoxalma qərarını da özləri verməzlər. Bir hüceyrədə tək bir ədəd xloroplast və tək bir ədəd mitoxondri yoxdur. Sayları birdən çoxdur. Eynilə digər orqanoidlərin etdiyi kimi bunların sayları da hüceyrənin fəallığına görə artar ya da azalar. Bu orqanoidlərin öz strukturlarında ayrı bir DNT-nin olmasının əsasən də çoxalmalarında çox böyük bir faydası vardır. Hüceyrə bölünərkən çox sayda xloroplast da iki yerə bölünərək saylarını 2 dəfə artırdıqlarından, hüceyrələrin bölünməsi daha qısa müddətdə və ardıcıl surətdə baş verir.

4. - Xloroplastlar bitki hüceyrəsi üçün olduqca həyati əhəmiyyətə malik olan elektrik genaratorlarıdır. Əgər bu orqanoidlər enerji istehsal edə bilməzlərsə, hüceyrə bir çox funksiyasını yerinə yetirə bilməz. Bu da canlının yaşaya bilməməsi deməkdir. Hüceyrə üçün bu qədər əhəmiyyətli olan bu funksiyalar xloroplastlarda sintez olunan zülallarla həyata keçirilir. Ancaq xloroplastların bu zülalları sintez etmək üçün öz DNT-ləri kifayət etməz. Zülalların böyük bir hissəsi hüceyrədəki ana DNT-dən istifadə edilməklə sintez edilər.(96)

Belə bir ahəngi sınaq-yanılma üsulu ilə əldə etməyə çalışarkən DNT-də baş verə biləcək dəyişikliklərin nə kimi təsirləri ola bilər? Bir DNT molekulunda meydana gələ biləcək hər hansı bir dəyişiklik qətiyyən canlıya yeni bir xüsusiyyət qazandırmaz, əksinə mütləq ona zərər verər. Mahlon B. Hoagland “həyatın kökləri” adlı kitabında bu vəziyyəti bu sözləriylə açıqlamışdır:

Xatırlayacaqsınız, demək olar ki, həmişə bir orqanizmin DNT-sində bir dəyişikliyin baş verməsi onun üçün zərərlidir; başqa bir ifadə ilə həyatını davam etdirə bilmə potensialında azalmağa gətirib çıxarar. Bir misal verək: Şekspirin oyunlarına təsadüfən əlavə edilmiş cümlələrin onları daha yaxşı cümlələrə çevirməsi o qədər də mümkün deyil... Təməlində aparılan DNT dəyişiklikləri, istər mutasiya, istərsə də bizim kənardan bilərək əlavə etdiyimiz xarici genlərlə yolu ilə olsun, həyatı davam etdirmək ehtimalını azaltma xüsusiyyətlərindən ötrü zərərlidir.

Təkamülçülərin irəli sürdükləri iddialar elmi təcrübələrə və bu təcrübələrin nəticələrinə əsaslanaraq ortaya atılmamışdır. Çünki bir bakteriyanın başqa bir bakteriyanı udması kimi bir hadisə əsla müşahidə olunmamışdır. Whitfield “book review of symbiosis in cell evolution” adlı kitabında bu vəziyyəti belə ifadə edir.(97)

Prokaryotik endosimbiosis (yutma) belki de tüm Endosimbiotik teorinin dayandığı hücresel mekanizmadır. Eğer bir prokaryot bir diğerini içine alamaz ise endosimbiozun nasıl kurulduğunu tahmin etmek güçtür. Maalasef, Mangulia ve endosimbioz teori için hiçbir modern örnek yoktur.98

Fotosintezin mənşəyi

Əslində bu ana qədər nəzərdən keçirdiyimiz bütün bu qeyri-mümkünlüklər bitkilərin təkamülü ssenarisini qüvvədən salmağa kifayətdir. Amma bütün bu açıqlamalara ehtiyac qalmadan tək bir sual ilə təkamülçülərin bütün iddiaları puç olur:

Dünyada bənzərsiz bir əməliyyat olan fotosintez əməliyyatı necə meydana gəlmişdir?

Təkamül nəzəriyyəsinə aid olan ssenariyə əsasən bitki hüceyrələri fotosintez edə bilmək üçün, fotosintez edə bilən bakteriyaları udub xloroplasta çevirmişlər. Bəs bakteriyalar fotosintez kimi mürəkkəb bir əməliyyatı reallaşdırmağı haradan öyrənmişlər? Hətta belə bir əməliyyatı nə məqsədlə yerinə yetirməyə başlamışlar? Ssenarinin digər suallara olduğu kimi, bu suala da verə biləcəyi heç bir elmi cavab yoxdur. Təkamülçü nəşrlərdən birində bu suala necə cavab verildiyinə bir baxın:

Heterotrof fərziyyə ibtidai orqanizmlərin ilkin okeandakı üzvi molekullardan əmələ gələn şorbayla qidalanan heterotroflar (qidaları mürəkkəb üzvi maddələrdən hazır şəkildə qəbul edən canlılar) olduğunu irəli sürər. Bu ibtidai heterotrofların amin turşusu, zülal, yağ və şəkərdən istifadə etdikləri üçün qidalandıqları şorba tükənmiş və sayları çoxalan heterotrofları qida ilə təmin edə bilməmişdir. Alternativ bir enerji mənbəyindən istifadə edə bilən orqanizmlərin çox böyük bir üstünlüyü vardı. Dünyanın müxtəlif formalardakı şüalardan ibarət günəş enerjisi ilə örtülmüş olduğunu (və hələ də örtülü olduğunu) düşünün. Ultrabənövşəyi şüalar dağıdıcı təsirə malikdir; görünən işıq isə enerji baxımından zəngin və zərərsizdir. Bu səbəbdən də üzvi birləşmələr getdikcə azaldığı halda, görünən işıqdan alternativ bir enerji mənbəyi kimi istifadə edə bilmə bacarığının hal-hazırda mövcud olması da bu orqanizmlərin və nəsillərinin həyatda qalmasına imkan vermiş ola bilər.(99)

Çiçek

Yenə başqa bir təkamülçü qaynaq olan “life on earth” adlı kitabda, fotosintez kimi bəzi xüsusları hal-hazırda belə aydınlığa qovuşmamış bir əməliyyatın, ilk dəfə meydana gəlməsinə belə şərh gətirilməyə çalışılır.

Bakteriyalar əvvəllər okeanlarda qidalanırdılar. Sayları artdıqca qida qıtlığı ilə üzləşdilər. Fərqli bir qida mənbəyi tapa bilənlər qalib gələcək və həyatlarını davam etdirə biləcəkdilər. Ətraflarında qida axtarmaq əvəzinə öz qidalarını özləri hazırlayacaqdılar.(100)

Həqiqi bir nağıldan heç bir fərqi olmayan bu xəyali fantaziyalar tamamilə ağlın və elmin hüdudlarından kənara çıxır. Bir neçə cümləylə ifadə edilən bu şərhin əslində nə mənaya gəldiyi, cəmi bir neçə saniyə ağıl və elm çərçivəsində düşünüldüyü təqdirdə aydın olar.

Birincisi qida tapa bilməyən hər bir canlının qaçınılmaz sonu ölümdür. Dəyişən tək şey hər canlının nə qədər müddət aclığa dözə biləcəyidir. Bir müddətdən ac qaldıqdan sonra hər bir canlının bütün funksiyaları, qidanın həzm olunmasıyla əldə edilən enerji təmin edilə bilmədiyi üçün dayanmağa başlayır. Bu həqiqəti görə bilmək üçün elm adamı olmağa belə ehtiyac yoxdur. Bu sadə bir müşahidə belə hər insan tərəfindən başa düşülə bilər. Lakin təkamülçü elm adamları bütün həyati funksiyaları dayanan bir canlının, vaxt keçdikcə yeni bir qidalanma metodu meydana gətirib, bunu tətbiq etməsini gözləyirlər. Üstəlik belə bir sistemi meydana gətirməyə "qərar verib", sonra da bunu öz strukturunda "hazırlamağa başladığına" inana bilirlər. Təkamülçü elm adamları bir təcrübə aparıb bu vəziyyətin reallaşmasını gözləsələr, qarşılaşacaqları mənzərə çox aydındır: Bakteriyaların hər biri qısa bir müddət ərzində öləcək.

Bakteriyaların öz qidasını əmələ gətirməsini gözləyən təkamülçü elm adamlarının digər bir problemi də bu əməliyyatın çətinliyidir. Əvvəlki hissələrdə fotosintez əməliyyatının reallaşdırıla bilməsi üçün çox mürəkkəb strukturlara ehtiyac olduğunu vurğulamışdıq. Həqiqətən də fotosintez əməliyyatı yer üzündə bilinən ən mürəkkəb əməliyyat olma xüsusiyyətinə malikdir. Ümumiyyətlə işləyişi ancaq indiki vaxtda qismən həll edilə bilmiş olan fotosintezin, bir çox mərhələsi bəşəriyyət üçün hələ də bir sirr olaraq qalır.

Məhz təkamülçü elm adamlarının ölmək üzrə olan bir bakteriyadan gözlədikləri şey, hələ ən inkişaf etmiş texnologiya əsasında yaradılan reaktorlarda belə süni şəkildə reallaşdırıla bilməyən bu əməliyyatı, bakteriyaların öz-özlərinə kəşf etmələridir.

Fotosintez kimi olduqca mürəkkəb bir hadisənin təkamüllə öz-özünə meydana gəlməsinin qeyri-mümkünlüyü haqqındakı ən gözlənilməz etiraflardan birini yenə prof. Əli Dəmirsoy etmişdir:

Fotosintez olduqca mürəkkəb bir hadisədir və bir hüceyrənin içərisindəki orqanoidlərdən meydana gəlməsi qeyri-mümkün kimi görünür. Çünki bütün mərhələlərin eyni anda meydana gəlməsi qeyri-mümkündür, tək-tək meydana gəlməsi isə mənasızdır.(101)

Bu mövzuda etirafla çıxış edən başqa bir təkamülçü də Hoimar Von Ditfurthtur. Ditfurth “Dinozavrların səssiz gecəsi” adlı kitabında fotosintezin sonradan öyrənilməyəcək bir əməliyyat olduğunu belə qəbul edir:

Heç bir hüceyrə bioloji bir funksiyanı sözün həqiqi mənasında "öyrənmə" imkanına sahib deyil. Bir hüceyrənin tənəffüs ya da fotosintez etmə kimi bir funksiyanı yarandığı vaxtda yerinə yetirə biləcək bir mövqedə olmayıb, həyatının sonrakı anlarında bunu yerinə yetirə biləcək mövqeyə gəlməsi, bu funksiyanı təmin edəcək bacarığı əldə etməsi məntiqsizdir.(102)

Quru bitkilərinin əcdadı olduğu iddia edilən yosunlar

Xəyali təkamül ssenarisinə görə yosunların quru bitkilərinin əcdadı olduğu və bunların ilk dəfə 450 milyon il bundan əvvəl Paleozoy erasında təkamül keçirdikləri irəli sürülür. Lakin yenə son illərdə tapılan qalıqlar təkamülçülərin yazdıqları bütün ssenarini, çəkdikləri təkamül ağaclarını yerlə bir etmişdir.

Algler

1980-ci ildə Avstraliyanın qərbində 3,4-3,1 milyard yaşında qalıqlaşmış rif qalıqları tapılmışdır.(103) Bunlar mavi-yaşıl yosunlardan və bakteriyanı xatırladan orqanizmlərdən əmələ gəlmişdirlər. Bu fikir təkamülçüləri daha böyük bir xaosa sürüklədi. Çünki xəyali təkamül ağacları da yıxılmışdı. Bu ağaca görə yosunlar da 410 milyon il bundan əvvəl Paleozoy erasında ortaya çıxmalıydılar. Bu mövzuda başqa bir maraqlı məqam da, tapılan ən qədim yosun qalıqlarının eynilə bugünkü mürəkkəb yosun strukturlarına sahib olmalarıdır. Bu mövzuda tədqiqat aparan elm adamları vəziyyəti belə ifadə etmişlər:

Daha da maraqlısı göy-yaşıl yosun ilə müasir göy-yaşıl yosunun demək olar ki, bir-birlərinə bənzər olduqlarının aşkara çıxarılmasıdır.(104)

Bu günə qədər tapılan ən qədim qalıqlar nüvəsiz yosun növünə aid minerallar arasındakı qalıqlaşmış cisimlərdir və bunların üç milyard ildən daha uzun bir keçmişi vardır. Nə qədər ibtidai olurlarsa olsunlar, bunlar belə olduqca mürəkkəb və məharətlə təşkil edilmiş həyat formalarını təmsil edirlər.(105)

Əlbəttə ki, bu məqamda ağla təkamülçülərə veriləcək bu sual gəlir:

100-150 milyon kimi bir müddətdə saysız növdəki quru bitkisinin yosunlardan törədiyini iddia edən təkamül nəzəriyyəsi, demək olar ki, 1 milyard il əvvəlki yosunlarla bugünkü yosunların tamamilə eyni quruluşda olmalarını necə açıqlayır?

Təkamül nəzəriyyəsi müdafiəçiləri bu və bunun kimi bir çox sualı görməzlikdən gəlir və həqiqətdən qaçmağa çalışırlar.

Yosunların təkamülü hekayəsinin başqa bir düyün nöqtəsi də, prokariot yosunlarınmı təkamül yolu ilə eukariot yosunlardan meydana gəldiyi yoxsa eukariot yosunlarınmı təkamül yolu ilə prokariot yosunlardan meydana gəldiyidir. Bu barədə təkamülçülər arasında bir fikir ayrılığı vardır. Yosunun hansı cinsə aid olduğuna qərar verə bilmirlər. Bu məqamda əvvəlcə hüceyrə növlərini ümumi şəkildə öyrənməkdə fayda vardır.

Prokariot hüceyrələr bakteriyaya bənzər, içlərində orqanoid olmayan hüceyrələrdir. Eukariot hüceyrələr isə bitki və heyvan hüceyrələri olub, prokariotlardan daha mürəkkəb quruluşlu hüceyrələrdir. Təkamül nəzəriyyəsi ilk vaxtlar eukariot hüceyrənin prokariot hüceyrədən təkamül keçirərək əmələ gəldiyini iddia edirdi. Lakin belə bir şeyin qeyri-mümkün olduğu başa düşüldükdən sonra, təkamülçülər bu dəfə də fikir dəyişdirərək tərsini müdafiə etməyə çalışdılar. Lakin bu iddiaları da bir fərziyyədən kənara çıxa bilmədi. Robert Shapiro bir təkamülçü olmasına baxmayaraq, təkamülçülərin bu mövzudakı fikir ayrılığını belə etiraf edir:

Prokariot yosunundan eukariot yosununa keçid olduqca çox sorğulandı, çünki keçid o qədər qarışıqlıq dolu və o qədər ziddiyətliydi ki, bir çox müasir bioloq bu mövzuyla maraqlanmadı və sonradan tamamilə imtina etdilər. Ziddiyyətlər o qədər artdı ki, bəzi tədqiqatçılar daha sonra eukariotların prokariotlardan deyil, əksinə prokariotların eukariotlardan təkamül keçirdiyini iddia etdilər. Qalıqlar isə daha açıq deyildi. Prokariot qalıqlarının Kembridən əvvəlki dövrə aid süxurlarda mövcud olduğu məlum idi, amma onların mənşəyi ilə əlaqədar zaman ya da şərtləri bilmirik.(106)

Prokaryot hücre

Evrimciler önce üstte görülen basit yapılı prokaryot hücrenin evrimleşmesiyle altta görülen kompleks yapılı ökaryot hücrenin ortaya çıktığını ve canlıların oluştuğunu iddia etmişlerdir. Bu iddialarının gerçekleşmesinin imkansız olduğunu anladıklarında ise bu sefer işlemin tam tersinin gerçekleştiğini savunmaya başlamışlardır.

 

 

ardı >>