Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Hamımızın nə olduğunu çox yaxşı bildiyi "toxum" barədə belə bir sual verək: Ağac qabığı qədər sərt bir qabıq içində olan toxumla, bir ağac qabığının fərqi nədir?

 

Bu kimi suallar əsasən "elementar" suallardır; çünki toxum da, ağac qabığı da gündəlik həyatda bir çox məşğuliyyəti olan insan üçün əhəmiyyətsiz mövzulardır. Bir çox insana görə ətrafda düşünülməsi lazım olan olduqca əhəmiyyətli, olduqca lazımi şeylər vardır.

 

Ətrafına yalnız səthi gözlə baxaraq hərəkət edən kəslərdə bu məntiq olduqca geniş yayılmışdır. Bu insanlar üçün hər hansı bir mövzu haqqında yalnız ehtiyacları ödəyəcək qədər məlumatlı olmaq kifayətdir. Bu səthi məntiqə görə ətrafda olub bitən hər şey adi və normaldır, hər şeyin mütləq "elementar", "ənənəvi" bir şərhi vardır. Ağcaqanad uçar, çünki qanadları vardır, ay onsuz da daim göy üzündədir. Dünya kosmosdan gələ biləcək təhlükələrdən qorunur, çünki atmosfer vardır. Oksigen balansı da əsla dəyişməz. İnsan eşidər, görər, qoxu hiss edər...

 

Halbuki bu dar məntiqi tərk edərək ətrafındakı hadisələrə hər şeylə ilk dəfə qarşılaşan bir şəxs kimi, dünyagörüşünü məhdudlaşdıran vərdiş pərdəsini qaldıraraq baxan insan, qarşısında çox geniş bir üfüqün açıldığını görər. Niyə, necə, nə üçün suallarını daha tez-tez soruşaraq düşünməyə, ətrafında baş verənləri bu gözlə araşdırmağa başlayar. Əvvəllər özünü qane edən izahlar artıq yetərsiz gəlməyə başlayar. Ətrafda baş verən hadisələrdə, canlıların sahib olduqları xüsusiyyətlərdə, bir sözlə hər şeydə bir fövqəladəlik olduğunu qavramağa başlayar. Düşünməyə başladıqca vərdiş öz yerini heyrətə verər. Sonunda hər şeyin sonsuz güc, məlumat və ağıl sahibi bir yaradıcı tərəfindən, üstün və mükəmməl bir şəkildə yaradılmış olduğunu görər. Məhz bu insan o andan etibarən aləmlərin Rəbbi olan Allahın yaratdığı bütün canlılar üzərindəki qüdrət və hakimiyyətini anlayar:

 

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, hər canlını orada yaradıb-yaymasında, küləkləri əsdirməsində və göylə yer arasında ram edilmiş buludları büküb çevirməsində, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)