Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

TOXUMLARIN QÜSURSUZ DİZAYNI

 

İstər küləklərlə, istərsə də digər daşıyıcılarla çiçəklərin dişi orqanlarına çatan erkək tozcuqların səfərləri artıq başa çatmışdır. Toxumun yaradılması üçün hər şey hazırdır. Cinsi yolla çoxalma dediyimiz çoxalma formasının reallaşması üçün ən əhəmiyyətli mərhələ toxumun əmələ gəlməsidir. Bəhsi olunan bu hadisəni lap əvvəldən, çiçəyin ümumi quruluşundan başlayaraq öyrənməkdə fayda vardır.

Çiçəklərin tam ortasında meyvə yanlığından (yumurtalığın böyüyüb meyvəyə çevrilmiş divarları) ibarət tək ya da bir neçə ədəd dişi orqan vardır. Hər dişi orqanın ən yuxarı hissəsində bir dişicik ağızcığı, bunun altında dişicik ağızcığını daşıyan bir sütuncuq və ən dibdə isə toxum yumurtacığının yerləşdiyi qabarıq bir yumurtalıq vardır.

Erkək orqanlardan gələn tozcuqlar, səthi yapışqan bir maye örtülmüş dişiciyə qonar, sonra isə boyuncuq kanalıyla hərəkət edərək dibdəki yumurtalığa çatarlar. Bu yapışqan mayenin çox əhəmiyyətli bir vəzifəsi vardır: Tozcuqlar boyuncuğun altındakı yumurtalığa çatmadıqca buradakı toxum yumurtacıqlarını mayalandıra bilməz, bu maye isə çiçək tozlarının boş yerə sərf edilməsinin qarşısını alar və birləşməyi təmin edər. Toxum yumurtacığı, ancaq bu dişi və erkək çoxalma hüceyrələri birləşdiyində toxuma çevrilir.

Tozcuqlar dişiciyin üstünə qonduqdan sonra böyüməyə başlayar və hər tozcuq dənəciyi, yəni, hər erkək çoxalma hüceyrəsi, kök qədər nazik bir borucuq əmələ gətirərək, dişi orqanın boyuncuğundan yumurtalığa doğru uzadar. Bu borucuqlardan hər birinin içində iki ədəd nüvə vardır. Borucuq uzanaraq yumurtalığa çatdığında qopar və içindəki hüceyrə nüvələri sərbəst qalar. Beləcə nüvələrdən biri yumurtalıqdakı yumurta hüceyrəsiylə birləşər. Bu formalaşma gələcəkdə toxumu meydana gətirəcək. Digər nüvə isə eyni toxum yumurtacığındakı başqa bir hüceyrə ilə birləşərək toxumun cücərməsi üçün lazımi qida anbarını meydana gətirər. Məhz bu hadisəyə mayalanma deyilər.

Mayalanmadan sonra yumurta möhkəm bir təbəqə ilə örtülər və rüşeym bir növ istirahət mərhələsinə daxil olar, ətrafında toplanmış qida maddələriylə toxumu meydana gətirər.

Erkək və dişi cinsin hüceyrələrinin birləşməsiylə yaranan hər toxumda, bir bitki rüşeymi və bir də qida anbarı vardır. Bu, toxumun inkişafı üçün çox əhəmiyyətli bir incəlikdir, çünki, o torpaq altında olduğu ilk vaxtlarda köklərə və qida hazırlaya biləcək yarpaqlara sahib deyildir. Həmçinin bu müddət ərzində böyüyə bilmək üçün bir qida mənbəyinə ehtiyac duyacaqdır.(25)

Bu toxumları bürüyən rüşeym və qida anbarı əslində bizim meyvə olaraq adlandırdığımız qidalardır. Bu quruluşlar toxumu qidalandırmaq məqsədli olduğu üçün qida dəyəri yüksək olan zülallar və karbohidratlardan ibarətdirlər. Bu halları ilə həm insanlar, həm də digər canlılar üçün əvəzolunmaz bir qida mənbəyi meydana gətirərlər. Hər meyvə içindəki toxumu ən yaxşı şəkildə qoruyub bəsləyəcək xüsusiyyətlərə sahibdir. Lətli qismi, su miqdarı, xarici pərdəsinin quruluşu toxumu çox yaxşı qoruyacaq şəkildədir.

Burada əhəmiyyətli bir incəlik də var: Hər bitki təkcə öz növündən olan bir bitkini mayalandıra bilər. Əgər bir bitkinin çiçək tozcuqları başqa növdən olan bir bitkinin dişiciyinə qonarsa, bitki bunu fərq edər və yumurtalığa çatmaq məqsədiylə bir borucuq uzatmaz; nəticədə mayalanma baş vermədiyindən toxum inkişaf edə bilməz.(26)

Məsələn, buğdanın tozcuqları bir alma ağacının çiçəklərinə daşınsa ağac bar verməz. Bu məqamda bir az dayanıb düşünmək, hadisənin fövqəladəliyini dərk etmək baxımından faydalı olacaq. Bir bitkinin çiçəyi öz növünə aid olan bir bitkinin çiçəyindən gələn tozcuğu tanıyır. Əgər öz növündəndirsə mayalanma prosesini başladacaq əməliyyatlara başlayar. Yox əgər gələn tozcuq öz növünə aid bir bitkidən deyilsə, bitki mayalanma prosesini başlatmaz. Bəs müəyyən meyarlara görə öz növünə aid bir tozcuğu ayırd edən "çiçək təpəciyi", bunu necə öyrənmişdir? Kənardan gələn tozcuqlara qarşı mexanizmi bağlamasının lazım olduğunu haradan bilir? Şübhəsiz ki, bitkinin hər incəliyinə hakim olan ağıl, çiçəyindəki bu mexanizmi də ən gözəl şəkildə meydana gətirmiş və nəsillərin davam etməsini zəmanət altına almışdır.

Toxum rüşeyminin necə bir mühitdə inkişaf edəcəyi, inkişaf mərhələlərində özünə nələrin lazım olacağı, torpaqdan çıxdığı vaxt nələrlə qarşılaşacağı və necə bir mühafizəyə ehtiyac duyacağı kimi, özünə lazım olacaq hər incəlik əvvəlcədən düşünülmüş və toxum bu ehtiyaclara görə nizamlanmışdır. Toxumların qoruyucu xarici təbəqələri (toxum pərdəsi) adətən çox sərt olur. Bu quruluş toxumu məruz qalacağı xarici təsirlərdən qoruyur və mövcud mühitə görə dəyişir. Məsələn, bəzi toxumların inkişafının son mərhələsində xarici səthlərində möhkəm mumlu bir quruluş əmələ gəlir, bu sayədə su və qaz təsirinə qarşı müqavimətli olurlar.

Bitkilərin həyatındakı qüsursuz strukturlar yalnız bununla məhdudlaşmır. Toxum pərdəsi də bitkinin növünə görə müxtəlif maddələrlə örtülə bilər. Məsələn, lobya dənəsində olduğu kimi nazik bir pərdəylə ya da albalı çəyirdəyində olduğu kimi oduna bənzər və sərt bir qabıqla örtülə bilər. Suya dayanıqlı olması lazım olan toxumların qabıqları digərlərinə görə daha sərt və qalındır. Həmçinin hər növə görə toxumlara çox müxtəlif formalı və fərqli böyüklüklər verilmişdir. Uzun müddət cücərmədən dayanması lazım olanların (məsələn, kokos toxumları) içindəki qida miqdarıyla, su ilə təmas etdikdən qısa bir müddət sonra cücərməyə başlayanların (qovun, qarpız və s.) qida miqdarı fərqlidir.

Göründüyü kimi toxumların xarab olmadan qalmaları və asanlıqla çoxalmaları üçün çox sayda sistemlər vardır. Bitkilərin çoxalması üçün lazım olan, xüsusi olaraq qaydaya salınmış bu sistemlərin hər mərhələsində görülən ağıl, bu sistemlərin üstün güc sahibi olan Allah tərəfindən yaradılmış olduğunun çox açıq bir dəlilidir.

 

Sıra gəldi toxumların səpələnməsinə

Bitkilərin toxumlarını səpələməkdə istifadə etdikləri, hər biri olduqca səmərəli olan üsullar, hər bitkinin sahib olduğu toxum quruluşuna görə fərqlənər. Məsələn, çox zəif bir mehlə uçacaq qədər kiçik və yüngül olan toxumlar, külək tərəfindən sovrulduqlarında dərhal tökülür və zəhmətsiz bir şəkildə mayalanırlar. Bəzi bitkilərin çoxalmaq üçün sadəcə toxumlarını torpağa salmaları kifayətdir. Bəzi bitkilərsə toxumlarını təbii sapand üsulu ilə, yəni tullamaqla səpələyirlər. Bu tullama əməliyyatı sporangilərin içində gedən böyümə prosesi əsnasında yaranan gərginliyin müəyyən bir yolla boşalmasıyla təmin edilər. Bəzi bitkilərdəki toxum qabıqları günəş şüaları altında quruduqdan sonra çatlayaraq yarılır, bəzilərində isə küləyin ya da heyvanların toxunması kimi xarici faktorların təsirindən yarılıb, parçalanırlar.

 


Toxumlarını partlatmaqla dağıdan bitkilər

Aralıq dənizi xiyarı

Bitkilərin çoxalmasında olduqca böyük bir əhəmiyyət kəsb edən paylama əməliyyatında istifadə edilən mexanizmlər öyrənildikdə, çox həssas tarazlıqlar üzərinə qurulduqları görünər. Məsələn, Aralıq dənizi xiyarı kimi bəzi bitkilər, toxumlarının yayılması üçün öz imkanlarından istifadə edərlər. Aralıq dənizi xiyarı böyüməyə başladıqca içi yapışqan bir maye ilə dolmağa başlayar. Bir müddət sonra bu mayedən qaynaqlanan təzyiq elə artar ki, xiyarın saplağı buna dözə bilməz və təzyiq səbəbiylə budaqdan qoparaq yerə düşər. Bitki bu vaxt havaya buraxılan raketin arxasında qoyduğu izə bənzər bir şəkildə içindəki mayeni də fışqırdar. Maye ilə birlikdə xiyarın toxumları da torpağa yayılar.(27)

Buradakı mexanizm çox həssasdır; meyvənin maye ilə dolması xiyarın tam yetişməyə başladığı dövrdə, partlama isə yetişmə bitdiyi dövrdə baş verər. Bu sistem daha əvvəl işə başlasa toxumlar olmadan partlayan xiyar heç bir işə yaramayacaq. Bu da bu bitki növünün sonu olacaq. Lakin bitkidə yaradılmış mükəmməl vaxt bölgüsü sayəsində qeyd olunan təhlükə baş verməz. Hər birinin ən başından etibarən eyni anda yaranması lazım olan bu mexanizmlərin yüzlərlə, minlərlə hətta milyonlarla il davam edən bir dəyişiklik nəticəsində təkamül keçirməklə yarandığını iddia etmək ağılsız, məntiqsiz və elmə zidd bir iddia olacaqdır. Xiyar da, içindəki maye də, toxumlar da, toxumların böyüməsi də, bir sözlə, hər şey eyni anda əmələ gələməlidir. Bu günə qədər heç bir problem olmadan işləyən belə bir sistemin varlığı onun ilk dəfə bütün hissələriylə birlikdə, əskiksiz və qüsursuz bir şəkildə meydana gəldiyini, yəni bitkini yaradıcımız olan Allahın yaratdığını göstərir.

 

Kol bitkisi və hura ağacı

Kol bitkisinin çoxalması isə yenə öz-özünə açılma üsuluyla, amma Aralıq dənizi xiyarının tam tərsi bir şəkildə reallaşar. Koldakı toxumların partlaması içindəki hər hansı bir mayenin köməyi ilə deyil, bitkidə baş verən buxarlanma nəticəsində meydana gəlir. Kolun üzərindəki dənənin günəşə baxan üzü, istilik artdıqca kölgədə qalan üzündən daha sürətli bir şəkildə qurumağa başlayır. Dənə, qarşı üzləri arasında yaranan təzyiq fərqi nəticəsində ortadan ikiyə ayrılır, beləcə içindəki kiçik qara toxumlar dörd bir tərəfə yayılır.(28)

Toxumunu partlatmaq yolu ilə yayan bitkilərin ən mükəmmələrindən biri də Braziliyaya xas bir bitki olan hura adındakı ağacdır. Ağac quruyub toxumlarını yayma vaxtı gəldikdə, toxumlarını təxminən 12 m məsafəyə qədər tullaya bilər. Bu məsafə bir ağac üçün olduqca böyük bir uzaqlıqdır.

 

Vertolyot toxumlar

Avropa ağcaqayınları və çinar ağaclarının toxumları çox diqqət çəkici bir quruluşdadır. Bu toxumların tək bir tərəfdən çıxan bir qanadları vardır. Toxum ağırlığı ilə qanadın uzunluğu o qədər mükəmməl bir şəkildə bir yerə gətirilmişdir ki, bu toxumlar öz ətraflarında fırlanaraq hərəkət edə bilirlər. Ağcaqayın ağacları yayıldıqları ərazidə seyrək şəkildə yerləşdikləri üçün, mayalanma əməliyyatlarında ən böyük köməkçiləri küləklərdir. Zəif bir mehin təsiriylə belə öz ətrafında fırlanan vertolyot toxumlar uzun məsafələri qət edə bilərlər.(29)

Cənubi Amerikada yetişən Braziliya qozu (Bertholletia) ağaclarının kapsul içindəki toxumları meşə mühitinə düşdükdən sonra bir müddət olduqları yerdə qalırlar. Bunun səbəbi heyvanların diqqətini çəkəcək xüsusiyyətlərinin olmamasıdır. Məsələn, bu toxumların qoxuları yoxdur, xarici görünüş etibarilə də diqqət çəkici deyildirlər, həmçinin qırılmaları da çox çətindir. Bu ağacın çoxala bilməsi üçünsə, müəyyən bir yolla əmələ gətirdiyi kapsul kimi toxumların içindəki fındıqlar çıxarılıb torpağın altına basdırılmalıdır.

Amma bütün bu mənfi hallar Braziliya qozu ağacı üçün heç bir problem yaratmaz. Çünki özüylə eyni mühitdə yaşayan və bu mənfi halları aradan qaldıracaq xüsusiyyətlərə sahib olan bir canlı var.

Cənubi Amerikada yaşayan bir növ gəmirici heyvan olan aquti bu qalın, qoxusuz qabığın içində özü üçün bir qida olduğunu bilir. Aqutilərin dişləri kəsici və itidir. Xüsusi diş quruluşları sayəsində sərt kapsulu asanlıqla sındırarlar. Tək bir kapsul içində təxminən 20-yə yaxın fındıq olar. Aqutilər bunların hamısını birdəfəyə yeyə bilməz. Aquti, ağzına aldığı fındıqları daşıyar və onları açdığı kiçik dəliklərə yerləşdirdikdən sonra üstlərini örtər. Aqutilərin bu əməliyyatı fındıqları daha sonra yemək məqsədiylə yerinə yetirməsinə baxmayaraq, onlar Allahın diləməsi ilə basdırdıqları fındıqların əksəriyyətini sonradan tapa bilməzlər. Bu da Braziliya qozu ağacının xeyrinə olar. Bu sayədə ağacın toxumlarından bir çoxu cücərmək üçün torpağa basdırılmış olar.(30) Göründüyü kimi aqutinin qidalanma forması ilə Braziliya qozu ağaclarının çoxalma forması bir-birləri ilə olduqca ahəngdarlıq təşkil edir. Əlbəttə ki, bu ahəngdarlıq təsadüfən meydana gəlməmişdir. Bu canlılar bir-birlərini təsadüfən tanımamışdırlar. Bu canlılar yaradılmışdırlar. Təbiətdə saysız nümunələri olan bu ahəngdarlıq, şübhəsiz ki, çox üstün bir ağlın məhsuludur. Sonsuz ağıl sahibi olan Allah, hər iki canlını bütün bu xüsusiyyətləriylə birlikdə və bir-birinə ahəngdar olaraq yaratmışdır.

 

Hər cür şəraitə davamlı olan toxumlar

Canlılardakı çoxalma hüceyrələri adətən öz təbii mühitlərindən ayrıldıqdan qısa bir müddət sonra məhv olarlar. Bitkilərdə isə belə bir şey yoxdur. Bitkilərin istər tozcuqları, istərsə də toxumları öz ana gövdələrindən kilometrlərlə uzaqda belə canlılıqlarını davam etdirə bilərlər. Həmçinin ana gövdədən ayrıldıqları vaxtdan etibarən keçən müddətin də bir əhəmiyyəti yoxdur. Aradan illər hətta əsrlər keçsə də xarab olmadan qala bilən toxumlar vardır.

Arktik iqlim qurşağının tundra zonasında bitən "acıpaxla (lupin) bitkisi" buna çox gözəl bir nümunədir. Bitkinin toxumları böyümək üçün ilin müəyyən vaxtlarında isti havaya ehtiyac duyar. Toxumlar bu istiliyin kafi olmadığını gördüklərində bir möcüzə baş verər, mühit digər şərtlər baxımından əlverişli olsa da, çatlamaz və donmuş torpaqlarda istiliyin artmasını gözləyərlər. Əlverişli mühit tam olaraq təmin edildikdə isə aradan keçən vaxtın uzunluğuna baxmayaraq, qaldıqları yerdən inkişaf etməyə davam edərlər. Belə ki, qaya yarıqları arasında yüzlərlə il xarab olmadan, cücərmədən qalan bitki toxumları tapılmışdır.(31)

Bu olduqca maraqlı bir haldır. Bir bitkinin xarici mühitdən xəbərdar olması nə deməkdir? Bitkinin bunu bacarmayacağına görə, hansı ehtimalların ola biləcəyini düşünək. Bitkinin içində yerləşən bir mexanizm ona vəziyyəti xəbər verə bilər. Bitki də bu xəbər əsasında bir yerdən əmr almış kimi inkişafını qəfildən dayandırar. Bəs onda bitkidəki bu sistem necə meydana gəlmişdir? Bitki bu sistemi özümü düşünüb tapmışdır? Bu sistemlə əlaqədar lazım olan maddi-texniki təchizatı özündə necə meydana gətirmişdir?

Əlbəttə ki, bu sistemi bitkinin özü tapmamışdır. Bitkinin toxumunda gizlənmiş genetik məlumatında, bitki ilk yarandığı andan etibarən onsuz da bu məlumatların hamısı mövcuddur. Onsuz da lupin bitkisi soyuq hava ilə qarşılaşdığı təqdirdə inkişafını dayandıra biləcək bir sistemə sahibdir. Belə bir quruluşun öz-özünə meydana gəlməsi qeyri-mümkündür. Təkamülçülərin "təkamül prosesi" adı altında uydurduqları xəyali formalaşma prosesi nə qədər uzun olursa olsun, bu vaxt nə cür təsadüflər baş verirsə versin, bitkiləri havanın vəziyyətindən xəbərdar edən belə bir sistemin meydana gəlməsi ehtimalı yoxdur.

Yenə eyni şəkildə mimosa glomeratanın toxumları qurudulmuş bitki kolleksiyalarının saxlandığı bir qabda 220 il saxlanmış və bu toxum suyla isladılan kimi cücərmişdir. Davamlı toxumlara başqa bir nümunə olaraq da, 1942-ci ildə ikinci dünya müharibəsi əsnasında 147 illik Lənkəran akasiyası adlı bitkini verə bilərik. Londondakı “British Museum”də saxlanılan bu toxum yanğınsöndürmə işləri əsnasında islandıqda bu qədər ildən sonra cücərmişdir.(32)

Tundra bölgələrində havanın temperaturu aşağı olduğu üçün xarabolma prosesi daha yavaş gedir. Belə ki, bəzi toxumlar 10 000 illik buzlaq təbəqələrindən çıxarılıb, laboratoriyaya alındığında lazımi miqdardakı istilik və rütubətin təmin edilməsiylə birlikdə təkrar canlana bilirlər. (33)

Toxum hamımızın bildiyi kimi içində müəyyən miqdarda qida olan və xarici qabığı taxtanı xatırladan bir maddədir. Öz içinə temperaturu ölçən bir alət qoyması, xarici aləmdən məlumat alıb-verəcək hər hansı bir üsul tapması və nəticədə əldə etdiyi məlumatları qiymətləndirərək, bu məlumatlar əsasında hərəkət edəcəyi mühakimə qabiliyyətinə sahib olması kimi bir düşüncə, olduqca məntiqsiz hətta "ağılsızlıq" olaraq xarakterizə edilə bilər. Qarşımızda xarici görünüşünə baxıldığında kiçik bir taxta parçasına bənzəyən, olduğu qapalı yerdən xarici mühitlə heç bir əlaqə saxlamadan havanın temperaturunu ölçüb, daha sonrakı mərhələlərdə inkişafı üçün istiliyin kafi olub olmadığına qərar verə bilən fövqəladə bir cisim vardır... Pis şərtlərin yaşıllaşdıqdan sonra böyüməsinə mane olacağının dərk edən, bu şərtləri gördüyü vaxt inkişafını dayandırmaq üçün nələr etməsinin lazım olduğunu bilən, istilik kafi hala gəldikdə qaldığı yerdən inkişafına davam edə biləcək qədər mükəmməl sistemlərə sahib olan bir taxta parçası...

Sağlam bir quruluşa sahib olan toxumlardakı bu fövqəladə mexanizmin, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüflərlə açıqlanması qeyri-mümkündür. Toxumlar əslində çətin şərtlərə müqavimət göstərə biləcək şəkildə xüsusi olaraq yaradılmışlar. Allah üstün güc sahibi bir yaradıcıdır.

Digər tərəfdən toxum qalıqlarına baxdığımızda da yenə çox aydın yaradılış dəlilləri ilə qarşılaşarıq. Dövrümüzdən təxminən 350 milyon il bundan əvvəl (devon dövrü olaraq adlandırılan dövrdə) tapılmış toxum qalıqları da bugünkü toxumlarla eyni quruluşa sahibdirlər.(34) Bu da toxumların xüsusi quruluşlarının indiki həmin xüsusiyyətləriylə milyonlarla il əvvəl də mövcud olduqlarının və bu günə qədər heç bir dəyişikliyə məruz qalmadıqlarının, digər bir ifadəylə "təkamül" kimi bir xəyali prosesdən keçmədiklərinin çox açıq bir göstəricisidir.

Şübhəsiz ki, aləmlərin Rəbbi olan Allah kiçik toxumlarda belə bizə Öz üstün varlığının və bənzərsiz yaratmasının dəlillərini göstərir. Allah bir ayəsində bu dəlillərdən belə bəhs edir:

 

        Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin, bir-birinə bənzəyən və bənzəməyən üzüm bağları, zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır.  (Ənam surəsi, 99)

 

Suda 80 gün qala bilən toxumlar

Soyuq hava şərtlərinə dözümlü olan toxumlarla yanaşı bəzi toxumlar da olduqca uzun müddət suyun içində qala biləcək möhkəm bir quruluşa sahibdirlər. Belə ki, 80 gün müddətində suda qala bilən və bu müddət ərzində heç xarab olmayan, cücərməyən toxumlar belə vardır. Bunlardan ən məşhuru hindqozu palmasıdır. Palmaların toxumu etibarlı şəkildə daşınmaları üçün sərt bir qabığın içinə yerləşdirilmişdir. Bu sərt qabığın içində uzunmüddətli bir səyahət üçün su da daxil olmaqla, ehtiyac duyulan hər şey hazırdır. Xarici səthi isə toxumun batmadan su səthində qalmasını təmin edəcək lifli bir quruluşdadır.

Dəniz lobyası da toxumlarını su vasitəsilə yayan bitkilərdəndir. Toxumları kokos qədər böyük deyil və suda bir il müddətində qaldıqdan sonra belə, hələ də yeyilə biləcək vəziyyətdədirlər.(35)

Bu iki nümunədən də göründüyü kimi, su yolu ilə çoxalan bitkilərdəki ən əhəmiyyətli xüsusiyyət, toxumların tam quruya çatdıqları vaxt açılmalarıdır. Əslində bu olduqca maraqlı və müstəsna bir haldır, çünki məlum olduğu kimi bitki toxumları adətən suyla təmasda olduqları andan etibarən cücərməyə başlayarlar. Amma bu vəziyyət bəhs olunan bitkilərə aid deyil. Toxumlarını suyla daşıyan bitkilər xüsusi toxum quruluşlarından ötrü bu mövzuda fərqlidirlər. Əgər bu bitkilər də digərləri kimi suyu görər-görməz dərhal cücərməyə başlasalardı, nəsilləri çoxdan tükənmiş olardı. Halbuki yaşadıqları şərtlərə uyğun olaraq, ümumi mexanizmlərindən ötrü bu bitkilər varlıqlarını davam etdirirlər.

Yer üzündəki bütün bitkilər özləri üçün ən münasib quruluşdadırlar. Bu müstəsna xüsusiyyətlər ağla, "bu dayanıqlılıq tam lazımi növə aid bitkilərdə necə meydana gəlmiş ola bilər?" sualını gətirəcək. Bu sualı bir nümunə əsasında cavablandıraq və palma toxumlarını götürək:

1. Palma toxumları suda uzun müddət qala bilmək üçün dayanıqlı bir quruluşa ehtiyac duyacaqlar, buna görə də qabıqları olduqca qalındır. Qabıqların sudan qoruyucu xüsusi bir quruluşu da vardır.

Bu bir təsadüf deyil!

2. Uzun səfərləri əsnasında normaldan daha çox qidaya ehtiyac duyacaqlar və tam lazımi miqdardakı qida palma toxumunun içinə yerləşdirilmişdir.

Bu da bir təsadüf əsəri deyil!

3. Quruya gəldiklərini dərk edib, tam o dəqiqə açılarlar.

Bu heç bir şəkildə təsadüf deyil!

Göründüyü kimi bu toxumlar sərt qabıqlarıyla, qida anbarlarıyla, böyüklükləriylə, bir sözlə, bütün xüsusiyyətləriylə lazımi hallarda uzun müddət dözümlü olacaq şəkildə yaradılmışlar. Qabığın sərtlik dərəcəsinin ölçüldüyü, lazımi qida miqdarının təsbit edildiyi bu həssas nizamlı quruluşun təsadüflər nəticəsində meydana gəlməsini gözləmək, toxumun hələ quruya çatmadan suyun içində cücərməsi, yəni, məhv olması demək olacaq.

Halbuki bu toxumların cücərməsindəki həssas ölçülərdən ötrü belə bir halın baş verməsindən söhbət belə gedə bilməz. Toxumların ehtiyatda saxladıqları qidaların və sularının miqdarı, quruya çatma vaxtları, bir sözlə, bütün bu xüsusiyyətlərindəki hesablamalar, şübhəsiz ki, toxumların öz zəka və qabiliyyətləriylə baş tutmamışdır.

Bütün bu həssas hesablamalar və ölçülər, toxumları yaradan, onların hər cür ehtiyaclarını və xüsusiyyətlərini bilən, sonsuz ağıl və məlumat sahibi olan Allah tərəfindən qüsursuzca nizamlanmışdır.

 

...Onun yanında hər şeyin müəyyən ölçüsü vardır. (Rad surəsi, 8)

 

Biz yeri döşəyib-yaydıq, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən müəyyən ölçüdə məhsullar yetişdirdik. (Hicr surəsi, 19)

 

Muzdlu daşıyıcı - Qarışqa

Bəzi toxumların quruluşu adətən bilinəndən fərqli xüsusiyyətlərə sahibdir. Bu xüsusiyyətlər öyrənildikdə çox maraqlı nəticələrlə qarşılaşmaq olar. Nümunə olaraq ətrafı yağlı, yeməli bir təbəqəylə örtülmüş bir toxumu götürək. İlk baxışda adi gələ biləcək bu yağlı təbəqə, əslində bitkinin nəslinin davam etməsi baxımından çox əhəmiyyətli bir incəlikdir. Çünki bu xüsusiyyət qarışqaların bəhs olunan bitkiyə diqqət göstərmələrinə səbəb olur. Bu bitkilərin çoxalması bir çox bitkidən fərqli olaraq qarışqalar vasitəsiylə reallaşır. Toxumunu torpağın altına qoya bilməyən bitki, bunu qarışqalara yükləyib daşıtdırma üsulunu seçmişdir. Bu bitkilərin toxumlarındakı yağlı təbəqə, daşıyıcı qarışqalar üçün çox cəlbedici bir yeməkdir. Qarışqalar bunları böyük bir həvəslə yığıb yuvalarına daşıyırlar. Beləcə hələ ilk mərhələdə heç bilmədən toxumu torpağın altına quylamış olarlar.

Qarışqaların bu qədər səy göstərmələrinin səbəbi toxumu yemək olduqları deyə düşünülə bilər, amma bu səhv bir çıxarış olacaq. Qarışqaların min bir əziyyətlə toxumları yuvalarına daşımalarına baxmayaraq, yalnız qabığını yeyər, lətli iç qisminə isə toxunmazlar. Bu sayədə həm qarışqa qida əldə etmiş olur, həm də bitkinin çoxalmasını təmin edəcək hissə torpağın altına enmiş olur.(36) Qarışqanın bunu şüurlu şəkildə etdiyi, ya da bitkinin toxuma şüurlu surətdə bu qarışqaların xoşuna gələcək xüsusiyyətləri qazandırdığı, qarışqayla eyni mühitdə olma imkanını təmin etdiyi kimi bir iddia da elmi baxımdan heç bir əsası olmayan bir iddia olmaqdan kənara çıxmayacaq.

Şübhəsiz ki, bu qüsursuz ahəngi təmin edən şüur nə qarışqaya, nə də bitkiyə aiddir. Hər iki canlının sahib olduqları bütün xüsusiyyətlərdən xəbərdar olan, bir-birləriylə ahəngdar şəkildə yaradan bir yaradıcıya aiddir. Yəni, bu şüuru onlara verən uca Rəbbimiz Allahdır:

 

Göylərdəkilərin və yerdəkilərin hamısı onundur. Hamısı Ona könüllü surətdə təzim edir. (Rum surəsi, 26)

 

Toxumun bitkiyə çevrilməsi

İlk mərhələ: Cücərmə

Toxumu heç görməmiş olsaydıq və nə işə yaradığını da bilməsəydik içindən bir-birinə heç bənzəməyən saysız bitkinin çıxa biləcəyini, bu bitkilərin də metrlərlə hündürlüyə çatacaqlarını bilərdikmi? Əlbəttə ki, bunu ağlımıza gətirə bilməzdik.

Bir çoxu kiçik quru taxta parçalarına bənzəyən toxumlar, əslində içlərində bitkilərə aid minlərlə məlumatı saxlayan genetik şifrə daşıyıcılarıdır. Gələcəkdə əmələ gətirəcəkləri bitkilərlə əlaqədar bütün məlumatlar toxumların içində gizlənmişdir. Bitkinin kök tellərindən gövdəsinin içindəki borucuqlara, çiçəklərindən verəcəyi meyvəyə qədər bütün məlumatlar ən kiçik incəliklərinə qədər əskiksiz olaraq toxumun içində mövcuddur.

Mayalanmadan sonra toxumun bir bitkiyə çevrilməsindəki ilk mərhələ cücərmədir. Torpağın altında gözləyən toxum ancaq istilik, rütubət və işıq kimi amillərin bir yerə gəlməsiylə hərəkətə gəlib canlanar. Bundan əvvəl isə sanki bir yuxu halındadır. Vaxtı gələndə yuxusundan oyanar və böyüməyə başlayar.

Cücərmə əməliyyatının bir neçə mərhələsi vardır. İlk növbədə toxum islanmalıdır ki, içindəki hüceyrələr nəmlənsin və maddələr mübadiləsi öz fəaliyyətlərinə başlaya bilsin. Bu fəaliyyətlər başladıqdan sonra kök və cücərti də böyüyər və bu mərhələdə hüceyrə bölünməsi başlayar. Bir tərəfdən də müəyyən funksiyaların xüsusi toxumalar tərəfindən reallaşdırıla bilməsi üçün hüceyrə fərqlənməsi baş verər. Bütün bu mərhələlər həddindən çox enerji tələb edir.

Toxumun böyümək üçün qidaya ehtiyacı vardır. Lakin toxumun buradakı mineralları kökləriylə qəbul edə biləcək hala gələnə qədər qidalana biləcəyi bir qida mənbəyi də yoxdur. Elə isə toxum böyüməsi üçün lazım olan qidanı necə tapır?

Bu sualın cavabı toxumun quruluşunda gizlənmişdir. Toxumlar mayalanma əsnasında özləriylə birlikdə meydana gələn qida anbarından, cücərti verib torpaqdan çıxacaqları vaxta qədər istifadə edəcəklər. Toxumlar öz qidalarını hazırlayana qədər strukturlarında ehtiyat halında saxlanmış qidalara ehtiyac duyarlar.

Lazımi şərtlər təmin edildikdə, cücərmə başladığında toxum torpaqdan suyu çəkir və rüşeym hüceyrələri bölünməyə başlayır, daha sonra toxum qabığı açılır. Əvvəlcə kök sisteminin başlanğıcı olan əsas kök rüşeym kökcüyündən inkşaf edərək çıxar və torpaqda dərinliyə doğru getdikcə böyüyərlər. Kök sisteminin inkişafını saplaq və yarpaqları əmələ gətirən tumurcuqların inkişafı izləyər.

Toxum torpağın üstünə, işığa doğru yönələr və daim güclənər. Cücərmə torpaq altında başlamışdır. İlk həqiqi yarpaqlar meydana gəldikdə bitki fotosintez yolu ilə öz qidasını hazırlamağa başlayır.

Bura qədər izah edilənlər əslində hər kəsin çox yaxşı bildiyi, hətta tez-tez müşahidə etdiyi mövzulardır. Toxumların torpağı yararaq içindən çıxmaları hər kəs üçün çox alışılmış bir hadisədir. Amma toxumun böyüməsi əsnasında əslində bir möcüzə reallaşır. Ağırlığı ancaq "qram"larla ifadə edilə biləcək toxum, üzərindəki kilolarla ağırlıqdakı torpağı yararaq yuxarı çıxarkən heç bir çətinlik çəkməz. Toxumun yeganə məqsədi torpağın üstünə çıxıb işığa çatmaqdır. Cücərməyə başlayan bitkilər çox nazik gövdələriylə sanki boş bir sahədə hərəkət edirmiş və üzərlərində o qədər ağırlıq yoxmuş kimi, olduqca asan bir şəkildə, yavaş-yavaş gün işığına doğru irəliləyirlər. Yerin cazibə qüvvəsinə müqavimət göstərərək, yəni, özləriylə əlaqədar olan bütün fizika qanunlarını da heçə sayaraq torpaqdan çıxarlar.

Torpağın əslində çürüdücü, parçalayıcı xüsusiyyətinin olmasına baxmayaraq, çox kiçik toxum və millimetrin yarısı nazikliyindəki köklər heç bir zərər çəkməzlər. Əksinə davamlı inkişaf edərək böyüyərlər.

Torpağın altındakı toxumun səthə çıxış yolu müxtəlif üsullarla məhdudlaşdırılaraq, gün işığına çatmasına mane olmaq məqsədiylə təcrübələr aparılmışdır. Təcrübələr nəticəsində çox heyrətamiz nəticələr ortaya çıxmışdır. Toxum qabağına çıxan hər maneənin ətrafından dolanacaq qədər uzun pöhrələr verməklə, ya da böyüdükləri yerdə təzyiq yaratmaqla, nəticədə yenə gün işığına çatmağı bacarmışdır. Bitkilər böyümə proseslərində böyüdükləri yerdə böyük bir təzyiq yarada bilərlər. Məsələn, yeni salınmış bir yolda çatların içində bitən bəzi cücərtilər yarıqların daha da genişlənməsinə səbəb ola bilərlər. Bir sözlə, toxumlar günəş işığına çıxarkən heç bir əngəl tanımazlar.(37)

Toxum cücərib torpaqdan çıxarkən, daim şaquli vəziyyətdə çıxar. Bunu edərkən toxum yerin cazibə qüvvəsinə zidd hərəkət edir. Köklər isə yerin cazibə qüvvəsinə uyğun hərəkət edərək torpağın içinə doğru irəliləyərlər. Bu vəziyyət ağla bu sualı gətirir:

"Eyni bitkinin iki ayrı orqanı bu şəkildə əks istiqamətlərə doğru böyüməyi necə bacarırlar?" Bu sualı cavablandıra bilmək üçün bitkilərdəki bəzi mexanizmləri araşdıraq.

Bitkilərdəki böyümə prosesini istiqamətləndirən xəbərdarlıqlar iki cürdür; işıq və cazibə qüvvəsi. Toxumdan çıxan ilk kök və cücərti bu iki növ xəbərdarlığa qarşı olduqca həssas sistemlərlə təchiz edilmişdirlər.

Cücərən bitkinin köklərində cazibə qüvvəsi siqnallarını qəbul edən hüceyrələr olur. Gövdənin yuxarıya doğru yüksələn hissəsində isə işığa həssas olan hüceyrələr olur. Məhz bu hüceyrələrin işığa və cazibə qüvvəsinə həssas olması da bitkinin hissələrini lazımi yerlərə doğru istiqamətləndirər. Bu iki xəbərdarlıq növü köklərin və cücərtinin böyümə istiqamətlərinin şaquli deyil, fərqli bir istiqamətə doğru irəlilədiyi təqdirdə, istiqamətlərini düzəltmələrini də təmin edər. (38)

Bura qədər verilmiş məlumatlar təkrarən nəzərdən keçirildiyində çox heyrətamiz bir vəziyyətlə qarşı-qarşıya olunduğu dərhal görüləcək. Bitkini meydana gətirən hüceyrələr birdən-birə başqalaşmağa başlayır və müxtəlif formalara düşməklə bitkinin hissələrini meydana gətirirlər. Üstəlik də köklərdə və gövdədə müşahidə olunduğu kimi fərqli istiqamətlərdə hərəkət edirlər.

Gəlin kökün yerin cazibə qüvvəsinin təsiriylə hərəkət etməklə torpağın dərinliklərinə doğru getməsini, gövdənin də torpağın üstünə doğru hərəkət etməsini birlikdə düşünək. Kənardan baxıldığında olduqca gücsüz bir görünüşə sahib olan bu strukturların torpağı yarmaqla etdikləri hərəkətlər ağla bir çox sual gətirəcək. Əvvəlcə bu məqamda müzakirə edilməsi lazım olan çox əhəmiyyətli bir qərar anı vardır. Elə isə bu anı, yəni, hüceyrələrin başqalaşmağa başladığı vaxtı müəyənləşdirib, onlara gedəcəkləri istiqaməti göstərən kimdir, ya da nədir? Necə olur ki, hər hüceyrə hansı hissədə yerləşəcəyini bilərək hərəkət edir? Necə olur ki, bir qarışıqlıq yaranmır, məsələn, kök hüceyrələri yalnız torpağın içinə doğru uzanır?

Bunlara bənzər bütün sualların əslində tək cavabı vardır. Bu qərarı verən və tətbiq edən, qarışıqlıq çıxmaması üçün lazımi sistemləri müəyyənləşdirən və bunları strukturunda meydana gətirən, əlbəttə ki, bitkinin özü deyil. Bitkini meydana gətirən hüceyrələr də bunları edə bilməz. Bu sistemlərin başqa bir canlının müdaxiləsiylə də meydana gəlməsi qeyri-mümkündür. Bütün bunlar bizə bitkilərin başqa bir güc tərəfindən istiqamətləndirildiklərini, idarə olunduqlarını göstərir. Yəni, bu qərarı hüceyrələrə verdirən, onlara vəzifələrinə görə hansı istiqamətə getmələrinin lazım olduğunu göstərən və sahib olduqları bütün strukturları yaradan üstün bir ağlın varlığını göstərir. Şübhəsiz ki, bu ağlın sahibi, bütün aləmlərin Rəbbi olan Allahdır.

 

Maneə nədir bilməyən cücərtilər

Torpaqdan çıxan cücərti həmişə əlverişli bir mühitə çatmaya bilər; məsələn, bir qayanın və ya böyük bir bitkinin kölgəsi altında olduğunu görə bilər. Bu vəziyyətdə böyüməyə davam etsə, günəş işığını ala bilməyəcəyindən fotosintez prosesini yerinə yetirməsi çətinləşəcək. Əgər cücərti yer üzünə çıxdığında belə bir mühitlə üzləşsə, dərhal inkişaf istiqamətini işıq mənbəyinə doğru dəyişdirər. Fototropizm olaraq bilinən bu əməliyyat göstərir ki, cücərtilər də işığa həssas olan cəhət təyinetmə sisteminə sahibdir. Bitkilər işığı qəbul etmə məsələsində heyvanlarla və insanlarla müqayisədə daha üstün vəziyyətdədirlər. Çünki heyvanlar və insanlar yalnız gözləriylə işığı qəbul edə bilərlər. Bitkilərdəki cəhət təyini sistemləri isə olduqca mükəmməldir. Buna görə də heç vaxt istiqamətlərini səhv təyin etməzlər. İşığa və cazibə qüvvəsinə əsaslanan qüsursuz cəhət təyini sistemləri sayəsində istiqamətlərini asanlıqla müəyyənləşdirə bilərlər.

Bitkilər işığı qəbuledici sistemlərlə yanaşı, hüceyrə bölünməsinin reallaşdığı xüsusi böyümə yerlərinə də sahibdirlər. Meristema olaraq adlandırılan bu toxumalar adətən kök və gövdə uclarında yerləşirlər. Cücərtinin inkişafı əsnasında əgər böyümə yerlərindəki hüceyrələr həmişə eyni şəkildə böyüyərlərsə bu, gövdənin düz olmasını təmin edər. Bütün bitkilərin formaları, meristem toxumasının böyümə istiqamətinə görə müəyyənləşdirilir. Əgər bu hüceyrələrin böyümə prosesi bir tərəfdə sürətli, digər tərəfdə isə zəif olsa bitkinin gövdəsi maili vəziyyətdə böyüyəcək. Şərtlər əlverişli olduğu təqdirdə bitkilərdəki inkişaf, onun bütün yerlərində eyni anda başlayar. Bir tərəfdən cücərtidən çıxan bitki gövdəsi təcili ehtiyac duyduğu işığa doğru hərəkət edər, digər bir tərəfdən isə torpaqdan bitki üçün lazım olan su və mineralları qəbul edəcək köklər isə cazibə qüvvəsini hiss edən rəhbər sistemləri sayəsində ən effektiv şəkildə inkişaf edərlər. İlk baxışda bitkilərin köklərinin torpağın altında təsadüfi şəkildə yayıldığı düşünülə bilər. Halbuki əslində köklər bu həssas sistem sayəsində nəzarət altında hədəflərinə tuşlanmış raketlər kimi hərəkət edərlər.

Bu mexanizmlərlə idarə edilən böyümə prosesi bitkidən bitkiyə fərqlənir. Çünki hər bir bitki öz genetik məlumatına uyğun şəkildə inkişaf edir. Buna görə də hər bir bitkidə maksimum böyümə dərəcələri də fərqlidir. Məsələn, bir qarğıdalı gövdəsi üçün maksimum böyümə müddəti altı həftə olduğu halda, bir ağcaqayın ağacı üçün bu müddət 25 ildir.(39)

Cücərmə kiçik bir cisimdən metrlərlə uzunluqdakı və tonlarla ağırlıqdakı bir bitkinin meydana gəlməsinin ilk mərhələsidir. Yavaş-yavaş böyüyən bitkinin kökləri yerə, budaqları yuxarıya doğru uzandığı halda, içindəki sistemlər də (qida daşıyacaq sistemlər, mayalanmasını təmin edəcək sistemlər, bitkinin uzanmasına, böyüməsinə və bunların dayanmasına nəzarət edən hormonlar) birlikdə yaranar və heç birinin yaranmasında bir ləngimə, ya da gecikmə olmaz. Bitki üçün lazım olan hər şey eyni anda inkişaf edər. Bu olduqca əhəmiyyətlidir. Məsələn, bir tərəfdən çiçəyin mayalanma mexanizmi formalaşarkən, digər tərəfdən də daşıma boruları (qida və su daşıma boruları) formalaşır. Əks təqdirdə, məsələn, çiçək mayalanma mexanizmi meydana gəlməyən bir bitkidə, floema, ya da oduncaq borularının olması heç bir əhəmiyyət kəsb etməz. Köklərin meydana gəlməsinin də bir mənası yoxdur. Çünki belə bir bitki nəslini davam etdirməyəcəyi üçün, əlavə mexanizmlər bir fayda verməyəcək.

Göründüyü kimi bitkilərdəki bir-biriylə əlaqəli və tam ahəngdar olan bu mükəmməl quruluşda qətiyyən təsadüfən əmələ gəlməyəcək bir plan vardır. Təkamülçü elm adamlarının iddia etdiyi kimi mərhələli bir formalaşma prosesinin baş verməsi heç bir şəkildə mümkün deyil.

Gəlin bunu hər kəsin apara biləcəyi sadə bir təcrübəylə göstərək. Bir ədəd toxumu və bununla birlikdə yenə bu toxumun böyüklüyünü, ağırlığını və içindəki molekulların qarışığını ehtiva edən bir maddəni müəyyən bir dərinliyə basdıraq və bir müddət gözləyək. Əkdiyimiz toxumun növünə görə lazım gələn müddət keçdiyində toxumun torpağı yararaq yer üzünə çıxdığını görərik. Halbuki nə qədər gözləsək də digər maddənin torpağın üstünə çıxmasını görə bilmərik. Yüz il də gözləsək, min il də gözləsək nəticə dəyişməyəcək. Bu fərqin səbəbi, əlbəttə ki, toxumlardakı xüsusi yaradılışdır. Bu əməliyyat üçün lazımi məlumatlar bitkilərin genlərində kodlanmışdır. Bitkilərdə mövcud olan bütün sistemlər şüurlu bir seçimin varlığını sübut edir. Bütün incəliklər bitkilərin təsadüflərlə meydana gəlməsinin mümkün olmadığını, əksinə bitkilərin yaranmasında olduqca şüurlu bir müdaxilənin olduğunu göstərir.

Əlbəttə ki, belə mükəmməl bir nizam hər şeyi ən incəliyinə qədər bilən və meydana gətirən bir yaradıcının varlığının dəlilidir. Bitkilərin həyatındakı yalnız ilk mərhələ, yəni, toxumun əmələ gəlməsi belə bizə üstün güc sahibi, yaradıcımız olan Allahın yaradışındakı bənzərsizliyi açıq şəkildə göstərir. Necə ki, Allah Quranda bu həqiqətə belə diqqət çəkmişdir:

 

Əkdiyinizi (toxumu) gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz, (Vaqiə surəsi, 63-65)

---

24. Scientific American, October 1993, səh.71

25. Temel Britannica, Cild 4, səh.299

26. Temel Britannica, Cild 4, səh.299

27. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh.15

28. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh.16

29. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh.19

30. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh. 35

31. Raven, Evert, Curtis, Biology of Plants, World Publishers, New York, 1976, səh.346

32. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, 1988, səh. 46-47

33. John King, Reaching for The Sun, 1997, Cambridge University Press, Cambridge, səh.117

34. Raven, Evert, Curtis, Biology of Plants, World Publishers, New York, 1976, səh.326

35. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh. 22

36. David Attenborough, The Private Life of Plants, Princeton University Press, Princeton, New Jersey, səh.24

37. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications,1988, səh.9

38. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, 1988, 65-66

39. Guy Murchie, The Seven Mysteries of Life, ABD, Houhton Mifflin Company, Boston, 1978 səh.57