Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİTKİLƏR ALƏMİ

Bitkilərin varlığı yer üzündəki həyatın davam etməsi üçün əvəzolunmazdır. Bu cümlənin əhəmiyyətinin tam olaraq qavranılması üçün belə bir sual soruşmaq lazımdır: "İnsan həyatı üçün ən əhəmiyyətli ünsürlər hansılardır?". Əlbəttə ki, bu sualın cavabı olaraq ağla oksigen, su, qida kimi ehtiyac duyulan təməl maddələr gəlir. Məhz bütün bu təməl maddələrin yer üzündəki tarazlığını təmin edən ən əhəmiyyətli faktor isə yaşıl bitkilərdir. Bundan başqa yenə yer üzündəki istiliyə nəzarət edilməsi, atmosferdəki qazların tarazlığının qorunması kimi, yalnız insanlar üçün deyil, bütün canlılar üçün olduqca böyük əhəmiyyət daşıyan başqa tarazlıqlar da vardır ki, bütün bu tarazlıqları təmin edən də yenə yaşıl bitkilərdir.

Yaşıl bitkilərin fəaliyyətləri yalnız bunlarla məhdudlaşmır. Bilindiyi kimi yer üzündəki həyatın əsas enerji mənbəyi Günəşdir. Ancaq insanlar və heyvanlar Günəş enerjisindən bilavasitə istifadə edə bilməz, çünki bədənlərində bu enerjini olduğu kimi istifadə edən sistemlər yoxdur. Buna görə də günəş enerjisi, ancaq bitkilərin hazırladığı qidalar vasitəsilə istifadə edilə bilən enerji halında insanlara və heyvanlara çatar. Hüceyrələrimiz tərəfindən istifadə edilən enerji xammallarının hamısı, əslindəbitkilər vasitəsilə bizə daşınan günəş enerjisidir. Məsələn, çayımızı qurtumlayarkən əslində günəş enerjisini qurtumlayarıq, çörək yediyimiz vaxt da dişlərimizin arasında müəyyən miqdarda günəş enerjisi vardır. Əzələlərimizdəki güc isə əslindəgünəş enerjisinin fərqli formasından başqa bir şey deyil. Bitkilər bizim üçün günəş enerjisini mürəkkəb əməliyyatlar yerinə yetirməklə strukturlarındakı molekullarda cəmləşdirərlər. Heyvanlar üçün də vəziyyət insanlardan fərqli deyil. Onlar da bitkilərlə qidalanar və bu sayədə onları enerji paketləri halına gətirərək yığdıqlarıgünəş enerjisindən istifadə edərlər.

Bitkilərin öz qidalarını özlərinin hazırlaya bilmələrini və digər canlılardan asılı olmamalarını təmin edən şey isə, hüceyrələrində insan və heyvan hüceyrələrindən fərqli olaraq günəş enerjisindən bilavasitə istifadə edə bilən strukturların mövcud olmasıdır. Bitki hüceyrələri bu strukturların köməyi ilə, günəşdən gələn enerjini, insanlar və heyvanlar tərəfindən qida yolu ilə qəbul ediləcək enerjiyə çevirib formulu strukturlarında gizlənmiş olan çox xüsusi əməliyyatlarla, bu enerjini daşıyıb qidalara yığarlar. Bu əməliyyatların məcmusuna fotosintez deyilir.

Bitkilərdə fotosintez prosesinin baş verə bilməsi üçün zəruri olan mexanizm, daha dəqiq desək miniatür bir fabrik bitkilərin yarpaqlarında mövcuddur. Lazım olan mineralları və su kimi maddələri daşıyan, olduqca xüsusi bir quruluşa sahib olan daşıma sistemi də bitkinin gövdəsində və köklərində mövcuddur. Çoxalma sistemi isə hər bitki növü üçün yenə xüsusi olaraq nizamlanmışdır.

Bütün bu mexanizmlərin hər birinin öz daxilində mürəkkəb strukturları mövcuddur və bu mexanizmlər bir-birlərindən asılı surətdə işləyər. Biri olmadan digərləri öz funksiyalarını yerinə yetirə bilməz. Nümunə kimi təkcə daşıma sistemi olmayan bir bitkini götürək. Belə bir bitkidə fotosintez prosesinin baş verməsi qeyri-mümkündür. Çünki fotosintez prosesinin baş verməsi üçün lazım olan suyu daşıyacaq kanalları yoxdur. Bitki qida hazırlamağı bacarmış olsa belə, bunu gövdənin digər hissələrinə daşıya bilməyəcəyindən ötrü bir faydası olmayacaq və bir müddət sonra isə öləcək. Bu nümunədə olduğu kimi bir bitkidə olan bütün sistemlərin qüsursuz bir şəkildə işləməsi zəruridir. Baş verəcək gecikmələr, ya da mövcud quruluşdakı bir əskiklik bitkinin funksiyalarını yerinə yetirməməsinə səbəb olacaq, bu da bitkinin məhv olmasıyla və növünün yox olmasıyla nəticələnəcək.

Sonrakı hissələrdə ətraflı bir şəkildə öyrənəcəyimiz bu strukturlar təfərrüatına qədər araşdırıldıqda, olduqca mürəkkəb və qüsursuz bir nizamın olduğu görüləcək. Yer üzündəki bitki müxtəlifliyi də nəzərə alınaraq qiymətləndirildikdə, bitkilərdəki bu fövqəladə strukturlar daha da diqqət çəkici hala gələcəkdir. Yer üzündə 500 000-dən çox bitki növü mövcuddur.(1) Məhz bütün bu bitki növlərinin hər biri öz daxilində xüsusi dizaynlara və növlərinə xas sistemlərə sahibdirlər. Əsasən hamısında eyni mükəmməl sistemlər olsada, çoxalma sistemləri, müdafiə mexanizmləri, rəng və naxış baxımından bənzərsiz bir müxtəliflik mövcuddur. Bu müxtəliflikdə dəyişməyən tək şey bitkilərdə qurulmuş olan ümumi nizamın fəaliyyəti üçün bitkidəki bütün hissələrin (yarpaq və yarpaqdakı strukturlar, köklər, daşıma sistemləri, qabıq, gövdə) və daha bir çox mexanizmin bir anda və əksiksiz bir şəkildə yaradılmasının lazım gəldiyi həqiqətidir.

İndiki vaxtda elm adamları belə sistemlər üçün "sadələşdirilə bilməz komplekslik" izahını verirlər. Necə ki, bir mühərrikin hər hansı bir çarxı əskik olduqda artıq işləyə bilməyəcək vəziyyətə düşürsə, eyni şəkildə bitkilərdə də tək bir sistemin belə əskik olması və ya sistemin hissələrinin vəzifələrindən birini yerinə yetirməməsi də bu bitkinin məhvinə səbəb olar.

Sadələşdirilə bilməz komplekslik xüsusiyyəti bitkinin bütün sistemlərində mövcuddur. Eyni anda olması lazım olan kompleks strukturlar və bu inanılmaz müxtəliflik "bitkilərdəki mükəmməl sistemlərin necə meydana gəldiyi" sualını ağla gətiririr. Bu sualın cavabını tapa bilmək üçün yenə suallar verərək düşünək. Bitkilərdəki mexanizmlərdən ən əhəmiyyətlisi və bizə daha çox məlum olan fotosintez prosesinin və ona bağlı olaraq da daşıma sistemlərinin necə meydana gəldiyini düşünək.

Hər an, hər yerdə gördüyümüz ağaclar, çiçəklər qida hazırlaya bilmək üçün, fotosintez kimi hələ də bəzi xüsusları öyrənilə bilməmiş bir prosesi reallaşdıra biləcək qədər mükəmməl sistemləri strukturlarında özləri meydana gətirmiş ola bilərlərmi? Qida hazırlayarkən istifadə etmək məqsədiylə havadakı qazların arasından karbon qazını (CO2) bitkilər mi seçmişdir? İstifadə edəcəkləri CO2 miqdarını özləri mi müəyyənləşdiriblər? Fotosintez üçün ehtiyac duyduqları maddələri torpaqdan ala bilmələri üçün zəruri kök sistemini meydana gətirən mexanizmi bitkilər özləri hazırlamış ola bilərmi? Qida və su daşımaq üçün fərqli xüsusiyyətlərdəki boruların olduğu bir daşıma sistemini bitkilərmi meydana gətirib?

Bu sualları çoxalda bilərik. Ancaq hər sualın cavabı eyni nöqtədə kəsişəcək. Bitkilərdəki hər bir incəlikdə ayrı bir dizayn vardır. Yuxarıda bitkilərə dair saydığımız bütün xüsusiyyətlər ağıl, bilik, ölçmə və qiymətləndirmə kimi anlayışlar tələb etdiyindən ötrü bitkilər bu sayılanların heç birini özləri edə bilməzlər. Üstəlik, bitkilər belə bir şüura da sahib deyillər.

Bitkilərin necə meydana gəldiyi sualına cavab axtaran təkamül nəzəriyyəsinin müdafiəçiləri həmişəki kimi yeganə çarələri olan "təsadüflər"ə müraciət etmişlər. Təsadüflərlə meydana gəldiyini iddia etdikləri bir bitki növündən, yenə təsadüflərlə vaxt ərzində saysız müxtəliflikdə bitkinin əmələ gəldiyini, hər növün özünəməxsus qoxu, dad, rəng kimi xüsusiyyətlərinin də yenə bu təsadüflər nəticəsində meydana gəldiklərini iddia etmişdirlər. Bu iddialarına da heç bir elmi dəlil gətirə bilməmişdirlər. Təkamülçülər, bir yosunun necə olub da bir çiyələyə, ya da bir qovaq ağacına və ya bir gül koluna çevrildiyini, təsadüflərin yaratdığı şərtlərin bunları fərqləndirdiyini deyirlər. Halbuki bir bitkinin tək bir hüceyrəsi belə araşdırıldığı təqdirdə, vaxt keçdikcə kiçik dəyişikliklərlə meydana gələ bilməyəcək qədər mürəkkəb bir sistemin olduğu görüləcəkdir. Məhz bitkilərdəki bu mürəkkəb sistem və mexanizmlər təkamülçü məntiqlə ortaya atılan təsadüf ssenarilərini hələ ən başdan qəti surətdə çürüdür. Bu vəziyyətdə ortaya tək bir nəticə çıxır. Bitkilərdəki hər quruluş xüsusi olaraq planlanmış, yaradılmışdır. Bu da bizə bu qüsursuz planı quran üstün bir ağlın olduğunu göstərir. Məhz bu üstün ağlın sahibi aləmlərin Rəbbi olan Allah, qüsursuz yaratmasının dəlillərini insanlara göstərir. Allah canlılar üzərindəki hakimiyyətini və bənzərsiz yaratmasını ayələrdə belə bildirir:

 

Göyləri və yeri nümunəsiz olaraq Yaradandır... (Ənam surəsi, 101)

 

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısıdır, elə isə Ona ibadət edin. O, hər şeyin üstündə bir vəkildir. (Ənam surəsi, 102)

---

1. Milani, Bradshaw, Biological Science, A molecular Approach, D.C.Heath and Company, Toronto, səh.114