Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Yosunların quruya keçərək bugünkü quru bitkilərinə çevrildikləri iddiası

Ssenarinin sonrakı hissələrinə görə, su yosunları dənizlərdə baş verən qabarma və çəkilmələr nəticəsində dəniz sahillərinə yapışırlar və bir müddət sonra quru bitkilərinə çevrilərək sahillərdən daxilə doğru hərəkət edirlər. Görəsən təkamülçülərin bu xəyali fərziyyəsi həqiqətə nə qədər yaxındır? Gəlin birlikdə araşdıraq.

Su yosunlarının quruya keçdikləri təqdirdə yaşamalarını qeyri-mümkün edəcək çox sayda faktor vardır. Bunlardan ən əhəmiyyətlilərinə qısa bir şəkildə nəzər salaq.

1-Quruma təhlükəsi:

Suda yaşayan bir bitkinin quruda yaşaya bilməsi üçün əvvəlcə onun səthi yüksək miqdardakı su itkisindən qorunmalıdır. Əks təqdirdə bitki quruyacaqdır. Sahil bitkiləri qurumaqdan qorunmaq üçün xüsusi sistemlərlə təchiz edilmişlər. Bu sistemlərdə çox əhəmiyyətli incəliklər vardır. Məsələn, bu qoruma elə reallaşmalıdır ki, oksigen və karbondioksid kimi əhəmiyyətli qazlar heç bir maneə ilə üzləşmədən bitkinin içinə daxil olub, çölə çıxa bilməlidir, həmçinin buxarlanmanın da qarşısı alınmalıdır. Belə həssas bir sistemin təsadüfən əmələ gəlmə ehtimalı yoxdur və bu qeyri-mümkündür. Əgər bitkidə belə bir sistem yoxdursa, bitkinin bu sistemin inkişafını gözləyəcək milyonlarla il vaxtı da yoxdur. Belə bir vəziyyətdə bitki bir müddət sonra quruyar və ölər. Qaldı ki, bu çox xüsusi sistemlər, milyonlarla və milyardlarla il keçsə də təsadüfən əmələ gəlməyəcək qədər mürəkkəb sistemlərdir.

2-Qidalanma:

Su bitkiləri özlərinə lazım olan suyu və mineralları bilavasitə içində olduqları sudan alırlar. Bu səbəbdən də quruya çıxıb, yaşamağa çalışan bir su yosunu qidalanma problemiylə üzləşəcək. Bunu həll edərək həyatını davam etdirməsi isə qeyri-mümkündür.

3-Çoxalma:

SSu yosununun qurudakı qısa ömrü əsnasında çoxalma ehtimalı da ola bilməz. Çünki su yosunları hər cür fəaliyyətlərində olduğu kimi, çoxalma hüceyrələrini paylama əməliyyatında da sudan istifadə edərlər. Quruda çoxala bilmələri üçün quru bitkilərində olduğu kimi çox hüceyrəli çoxalma orqanlarına sahib olmalıdırlar. Qurudakı bitkilərin çoxalma hüceyrələri, özlərini qurumaqdan qoruyan hüceyrələrlə əhatələnmişdir. Quruda olduğunu görən bir su yosununda bu çoxalma orqanları olmadığı üçün öz çoxalma hüceyrələri quruma təhlükəsinə məruz qalacaqdır.

4-Oksigenin dağıdıcı təsirindən qorunma:

Quruya keçdiyi iddia edilən su yosunu oksigeni həmin vaxta qədər suda həll olmuş halda qəbul etmişdi. Təkamülçülərin iddiasına görə quruya keçdiyi vaxt oksigeni daha əvvəl heç bilmədiyi bir şəkildə, yəni, bilavasitə havadan almaq məcburiyyətində qalmışdır. Bilindiyi kimi normal şərtlər altında havadakı oksigen üzvi maddələrə dağıdıcı təsir göstərir. Quruda yaşayan canlılar bu təsirdən zərər görməmələrini təmin edəcək sistemlərə sahibdirlər. Su yosunu isə bir su bitkisidir, bundan ötrü də oksigenin mənfi təsirlərindən qorunmaq üçün lazımi fermentlərə sahib deyil. Buna görə də quruya keçdiyi anda oksigenin zərərli təsirindən xilas olması qeyri-mümkündür. Belə bir sistemin meydana gəlməsini gözləməsi kimi bir vəziyyət də qeyri-mümkündür. Quruya çıxan bir su yosunu vaxt ərzində quruyaraq məhv olacaq.

Təkamül nəzəriyyəsinin bu iddiaları müxtəlif cəhətlərdən də nəzərdən keçirildikdə məntiqi çatışmazlıqların olduğu görünəcəkdir. Məsələn, su yosunlarının yaşadıqları mühitləri düşünək. Təkamülçülər tərəfindən su yosunlarının tərk etdikləri iddia edilən sular, yosunların yaşamalarını təmin etmək üçün hədsiz imkanlar təqdim edirdi. Məsələn, sular onları ekstremal istilikdən qoruyub təcrid edir, onları ehtiyac duyduqları qeyri-üzvi minerallarla təmin edirdilər. Həmçinin də fotosintez yolu ilə günəş şüalarını udaraq, suda həll olmuş karbondioksiddən öz karbohidratlarını (şəkər və nişasta) hazırlamalarına imkan verirdi. Bir sözlə, su, su yosunlarının həm fiziki xüsusiyyətlərinə uyğun, həm də öz funksiyalarını yerinə yetirən sistemləri üçün olduqca ideal bir mühitdi. Yəni, su yosunlarının çox rahat bir şəkildə yaşadıqları suları tərk edib quruya keçmələrini tələb edəcək heç bir vəziyyət yox idi. Üstəlik yosunların ümumi quruluşları da quruda yaşamağa uyğun deyildi.

Bu vəziyyəti eynilə bir insanın, yer üzündə yaşaya bilmək üçün ideal bir mühitin olmasına baxmayaraq (tənəffüs, qidalanma, çoxalma, cazibə və s. bütün şərtlər) yer üzünü tərk edib kosmosdakı başqa bir planetdə yaşamasına bənzədə bilərik. İnsan ancaq müasir dünya şərtlərində yaşaya biləcək bir bədən quruluşuna sahibdir. Dünyanı tərk edib başqa bir planetə getdiyi vaxtdan etibarən həyatda qalması qeyri-mümkündür. Bunun reallaşması nə qədər qeyri-mümkündürsə eyni şəkildə su yosununun da suyu tərk edərək quruda yaşamağa başlaması bir o qədər qeyri-mümkündür.

Bu həqiqətlər qarşısında təkamülçülər klassik nəzəriyyələri olan, su yosunlarının özlərini quruda yaşamağa görə uyğunlaşdırdıqları fantaziyasını irəli sürəcəklər. Halbuki, çox aydındır ki, bir yosunun quruya keçmə kimi bir işə qərar verməsi, bunun üçün öz orqanizmində lazımi fizioloji dəyişikliklər aparması, sonra da quruya keçməsi normal bir ağla sahib hər kəsin nə qədər qeyri-mümkün və axmaq olduğunu asanlıqla görə biləcəyi bir fantaziyadır. Canlılar arasında ən üstün olan, ağıl, şüur, iradə sahibi olan insan belə, fərqli bir mühitdə yaşamasını təmin edəcək hər hansı bir dəyişikliyi öz bədənində apara bilməz. Məsələn, bir insanın havada uçmaq istədiyi vaxt, özündə qanad əmələ gətirməsi ya da suda yaşamaq istədiyində ağciyərlərini qəlsəməyə çevirməsi qeyri-mümkündür.

Burada bəhs olunan şey isə ağla, şüura, iradəyə, qərar vermə, mühakimə yürütmə, qiymətləndirmə qabiliyyətinə sahib olmayan, öz orqanizmində heç bir dəyişiklik ya da müdaxilə aparmağa gücü çatmayacaq bir "yosun"dur. Ancaq maraqlıdır ki, təkamülçülər öz nəzəriyyələrinə sadiq qalma uğrunda və alçalmaq bahasına olsa belə bir yosuna bütün bu xüsusiyyətləri aid etməklə məntiqsiz davranırlar.

Göründüyü kimi bir su yosununun quruya keçmə və quruda həyatını davam etdirmə ehtimalı yoxdur. İlk dəfə quruya çıxdığı vaxtda, quruda yaşayan bir bitki kimi, asanlıqla yaşaya bilmək üçün qüsursuz işləyən bir çox mexanizmə sahib olmalıdır. Bu mexanizmlərə sahib ola bilməsi üçün də, bu xüsusiyyətlər ən əvvəldən onun DNT-sində mövcud olmalıdır. XIX əsrin axırlarına yaxın tanınmış bioloq Qreqor Mendel apardığı tədqiqatlarda bitkiləri istifadə edərək canlılardakı irsiyyət qanunlarını öyrənmiş, bitkilərin və digər canlıların xüsusiyyətlərinin xromosomlar yoluyla yeni nəsillərə daşındığını göstərmişdir. Yəni, hər canlı növü öz xüsusiyyətlərini nəsildən nəslə keçdikcə DNT-sində qoruyur. Nəticədə ortaya çıxan həqiqət budur: Bir su bitkisinin nə qədər müddət keçirsə keçsin, şərtlər nə olursa olsun bir quru bitkisinə çevrilməsi qeyri-mümkündür.

Xəyali təkamül ağacı

Bitkilerin Hayali Soyağacı

Təkamül ssenarisindəki son səhnəyə gəldikdə bura qədər saydığımız bütün qeyri-mümkünlüklər və məntiqsizliklərin görməzlikdən gəlindiyi xəyali bir təkamül ağacıyla qarşılaşarıq. Bitkilər təkamülçülər tərəfindən 29 sinfə ayrılmış və siniflər arasında da ata-nəvə əlaqələri yaradılmışdır. Hər bir sinfin başqa bir sinifdən təkamül keçirərək əmələ gəldiyi iddia edilir və bakteriyalar da bütün bu siniflərin ortaq əcdadıdır. Saysız növ, rəng və qoxudakı çiçəklər, ağaclar, meyvələr isə bu ağacın son budaqlarıdır. İşin çox maraqlı bir tərəfi də vardır. Demək olar ki, hər biologiya kitabında görəcəyiniz bu təkamül ağacının tək bir budağını belə təsdiqləyən bitki fosili ardıcıllığı yoxdur. Yer üzündəki bir çox canlı qruplarının mükəmməl qalıqları vardır, ancaq onların heç biri bir növdən digərinə keçid forması xüsusiyyətini daşımır. Hamısı öz içlərində xüsusi və orijinal şəkildə yaradılmış, tamam ayrı növlərdir və bir-birləri arasında hər hansı bir təkamül əlaqəsi də yoxdur. Təkamülçülər bu mövzudakı problemlərini belə dilə gətirərlər:

Daniel Axelrod “evolution of the psikophyte paleoflora, 13 evolution 264-274” (1959-cu il) adlı kitabında,

İlk dövrlərə aid quru bitkiləri üçün, təkamül ağacları böyük miqyasda yeniləmə tələb edir.(107)

Chester A. Arnold Miçiqan Universitetində qalıq bitkilər üzərində tədqiqatlar aparan bir botanika professoruydu. “Paleobotanikaya giriş” kitabının 334-cü səhifəsində;

Təkamülçü botaniklər təkcə çiçəklənən bitkilərin gözlənilməyən inkişafını açıqlamaqda bir problemlə üzləşmirlər, eyni zamanda bu bitkilərin mənşəyi də bir sirrdir.(108)

Digər bir təkamülçü olan Ranganathan, “B.G. Origins?” adlı kitabında,

Nə keçmiş qalıq qeydlərində təkamülü sübut edəcək ara-keçid formasına, nə orqanları yarımçıq meydana gəlmiş hər hansı bir heyvan və ya bitkiyə, nə də indiki vaxtda təkamülün hələ də davam etdiyinə işarə edən yarımçıq inkişaf etmiş bir heyvana və ya bitkiyə rast gəlinməmişdir.(109)

Chester A. Arnoldın, yuxarıda adı çəkilən kitabında belə bir ifadəsi yer alır:

İndiyə qədər heç bir müasir bitkinin başlanğıcından bu günə qədər olan təkamüllü qohumluq tarixini seyr etmə imkanımız olmadı.(110)

Daniel Axelrod “the evolution of flowering plants, in the evolution life” adlı kitabında;

“Angiospermae”lərin, yəni, çiçəkli bitkilərin yaranmasına səbəb olan ibtidai qrupa qalıq qeydlərində hələ də rast gəlinməmişdir və yaşayan heç bir angiospermae diqqətləri belə bir əlaqəyə çəkməmişdir.(111)

20 sentyabr 1975-ci ildə “Science News” jurnalında dərc olunan bir məqalədə (ancient alga fossil most complex yet) təkamülçülərin müasir yosun olaraq xarakterizə etdikləri dövrümüzdəki nümunələri ilə milyardlarla il bundan əvvəl yaşamış olan yosunlar arasında demək olar ki, heç bir fərqin olmadığı belə ifadə edilir:

3,4 milyard il bundan əvvələ aid göy-yaşıl yosun və bakteriya qalıqlarının hər ikisi də Cənubi Afrikadakı qayalarda tapılmışdır. Daha da maraqlısı göy-yaşıl yosun ilə müasir göy-yaşıl yosunun demək olar ki, bir-birləri ilə eyni olduqlarının aşkarlanmasıdır.(112)

Yuxarıda mövzu ilə əlaqədar mütəxəssislərin ağızlarından çıxan sözlərin hamısı eyni mesajı verir: Yarımçıq əmələ gəlmiş orqanlara, sistemlərə malik heç bir ibtidai bitki qalığı yoxdur, bir bitkinin başqa bir bitkinin əcdadı olduğuna dair əldə heç bir dəlil yoxdur. Bu səbəbdən də çəkilən təkamül ağacları tamamilə xəyal gücünün məhsuludur və heç bir elmi tərəfi yoxdur. Əgər əldəki bitki qalıqları qərəzsiz bir şəkildə qiymətləndirilsə, yaradılış həqiqəti açıq-aşkar şəkildə görünər. Məhz bu vəziyyəti etiraf edən Kembric Universitetindən təkamülçü prof. Dr. Edred Cornernin sözləri belədir:

"...Bitki qalıqları hələ də ön mühakiməsiz şəkildə xüsusi bir yaradılışın lehinə çıxır. Bitki qalıqları xüsusi bir yaradılışın olduğunu göstərir. Bir orxideyanın, bir su mərciməyinin və bir palmanın eyni əcdaddan gəlmələrinə inanırsınızmı? Üstəlik bu ehtimal üçün hər hansı bir dəliliniz olmadığı bir halda. Təkamülçülər bir cavab vermək üçün hazırlanmalıdır, amma mənim fikrimcə bir çox müzakirə heç başlamadan bitəcək".(113)

Təkamülçü olmasına baxmayaraq, Edred Cornerin də etiraf etməkdən qaça bilmədiyi həqiqət əslində çox aydındır. Əlbəttə ki, tək bir bitkidən saysız növdəki bitkilərin əmələ gəlməsi qeyri-mümkündür. Bitkilərin hər biri öz növünə aid fərqli xüsusiyyətlərə sahibdir. Rəngləri, dadları, formaları, çoxalma formaları bir-birindən fərqlidir. Bu fərqlərlə yanaşı dünyanın harasına gedirsinizsə gedin eyni növdəki bitkilərin eyni xüsusiyyətlərə sahib olduqlarını görərsiniz. Qarpız hər yerdə qarpızdır, rəngi, ləzzəti, qoxusu həmişə eynidir. Gül, çiyələk, qərənfil, çinar, cökə, banan, ananas, orxideya, bir sözlə, bütün bitkilər dünyanın hansı yerində bitməsindən asılı olmayaraq, eyni xüsusiyyətlərə sahibdir. Dünyadakı bütün yarpaqlar fotosintez edə biləcəkləri mexanizmlərə sahibdirlər. Dünyanın hər bir yerində bitən bitkilərdə bənzərsiz bir daşıma sistemləri mövcuddur. Bu mexanizmlərin təkamülçülərin iddia etdikləri kimi, təsadüfən əmələ gəlməsi isə qeyri-mümkündür. Bu vəziyyət nəzərə alındıqda təkamülçülərin iddia etdikləri kimi dünyanın hər yerində eyni təsadüfün öz təsirini göstərdiyini söyləmək tamamilə ağılsız və elmə zidd bir şeydir. Bütün bunların bizə göstərdiyi tək bir nəticə vardır. Bütün canlılar kimi bitkilər də yaradılmışdır. İlk yarandıqları vaxtdan etibarən bütün mexanizmləri əskiksiz olaraq mövcuddur. Təkamülçülərin iddialarında istifadə etdikləri "zamanla inkişaf, təsadüflərdən asılı olan dəyişmələr, ehtiyaclar nəticəsində baş verən adaptasiyalar" kimi terminlər yalnız təkamülçülərin yanılmalarını izah edən faktlardır. Bunun xaricində elmi bir mənaları da yoxdur.

Yaradılış həqiqətini sübut edən qalıqlar

Devon dövrü qalıqları (408-306 milyon il)

Algler
Psilophyton

Bu dövrə aid olan bitki qalıqlarına baxdığımızda dövrümüzdəki bitkilərdə olan bir çox xüsusiyyəti daşıdıqlarını görərik. Məsələn, stoma, kutikula, rizoid və sporangilər bu bitkilərdə olan strukturlardan bir neçəsidir.(114) Bir quru bitkisi quruda yaşaya bilmək üçün mütləq qurumaq təhlükəsindən qorunmalıdır. Kutikulalar bitkiləri qurumaqdan qoruyan, gövdə-budaq və yarpaqları örtən muma bənzər strukturlardır. Əgər bitki qurumağın qarşısını alacaq kutikula maddəsinə sahib deyilsə, təkamülçülərin iddia etdikləri kimi kutikulanın əmələ gəlməsini gözləyəcək vaxtı da yoxdur. Kutikula vardırsa bitki yaşayar, yoxdursa quruyar və ölər. Məhz fərq bu qədər aydındır. Bitkilərin sahib olduqları bütün strukturlar eynilə kutikulalar kimi bitki üçün olduqca həyati əhəmiyyətə malikdir. Bir bitki yaşaya bilmək və çoxala bilmək üçün eynilə bugünkü kimi qüsursuz işləyən sistemlərə sahib olmalıdır. Bu mənada tapılmış olan bütün bitki qalıqları da bitkilərin yer üzündə ilk yarandıqları andan etibarən eyni qüsursuz strukturlara sahib olduqlarını təsdiqləyir.

Algler
Lepidodendron

Karbon dövrü qalıqları (360-286 milyon illik)

Algler
Senftenbergia

Karbon dövrünün ən əhəmiyyətli xüsusiyyəti bu dövrdə yaşayan xeyli bitki növünə aid qalığın tapılmasıdır. Bu dövrə aid olan qalıqların bu gün yaşayan bitki növlərindən heç bir fərqi yoxdur. Fosil qeydlərində qəfildən ortaya çıxan bu müxtəliflik təkamülçüləri yenidən çıxılmaz vəziyyətə salmışdır. Çünki birdən-birə hər biri çox mükəmməl sistemlərə sahib bitki növləri meydana gəlmişdir. Təkamülçülər bu çıxılmaz vəziyyətdən xilas olmağın yolunu təkamülü xatırladan bir ad qoymaqda görmüşlər və hadisəni "təkamüllü partlayış" kimi dəyərləndirmişlər. Əlbəttə ki, bu vəziyyəti təkamüllü partlayış olaraq adlandırmaq, təkamülçülər baxımından heç bir problemi həll etmir. Hətta bu problem təkamül nəzəriyyəsinin banisi olan Çarlz Darvinin təəccüblənməsinə səbəb olmuş və Darvin bunu belə etiraf etmişdi:

Mənə bitki aləminin tarixində ali bitkilərin açıq şəkildə birdəfəyə və birdən-birə əmələ gəlmələrindən daha təəccüblü gələn bir hadisə yoxdur.(118)

Bütün bu bitki qalıqlarında da göründüyü kimi, dövrümüzdəki bitkilərlə yüz milyonlarla il bundan əvvəl mövcud olan bitkilər arasında forma və quruluş etibarilə heç bir fərq yoxdur. Bitkilər milyonlarla il əvvəl də eynilə bugünkü kimi fotosintez edirdilər. Betonları çatladacaq qədər güclü hidravlik sistemlərə, torpaqdan sorulan suyu metrlərlə yuxarıya qaldıracaq nasoslara, canlıların qidasını hazırlayan kimyəvi fabriklərə sahibdilər. Bitkilər yüz milyonlarla il bundan əvvəl yaradılmışlar. Onları yaradan aləmlərin Rəbbi olan Allah, bu gün də onları yaratmağa davam edir. Müasir texnologiyanın təmin etmiş olduğu ən inkişaf etmiş imkanlardan istifadə edərək, bitkilərdəki bu yaradılış möcüzələrini başa düşməyə çalışan bəşəriyyət üçün, tək bir növ bitkini belə yoxdan yaratmaq qeyri-mümkündür. Allah bu həqiqətə Nəml surəsində belə diqqət çəkir.

(Onlar mı) Yoxsa, göyləri və yeri yaradan, sizin üçün göydən su endirənmi? Belə ki, onunla (o suyla) könül oxşayan bağçalar saldıq. Halbuki siz onların ağaclarını böyüdə bilməzdiniz. Allahla yanaşı başqa bir məbudmu? Xeyr, onlar azğınlıqlarına davam edən bir qövümdür. (Nəml surəsi, 60)

---

85. W.R. Bird, The Origin of Species, Revisited, Nashville:Thomas Nelson Co. 1991, səh.298-299

86. Alexander I. Oparin, Origin Of Life, (1936) New York, Dover Publications, 1953, səh.196

87. Mahlon B. Hoagland, Hayatın Kökleri, Tübitak yayınları, 8.Basım, səh.25

88. Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara, Meteksan Yayınları, səh.79

89. Prof.Dr. İlhami Kiziroğlu, Genel Biyoloji, Desen Yayınları, səh.22

90. Biology-The Science of Life, səh.283

91. Darnell, Implications of RNA-RNA Splicing in Evolution of Eukaryotic Cells, 202 Science 1257 (1978)

92. Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayınları, Ankara, səh.79

93. Book Review of Symbiosis in Cell Evolution, 18 Biological J.Linnean Soc. 77,78,79 (1982)

94. D.Loyd, The Mitochondria of Microorganisms, səh.476 (1974)

95. Gray & Doolittle, Has the Endosymbiant Hypothesis Been Proven? səh.46, Microbilological Rev.1,30(1982) "Alıntı

96. Biology-The Science of Life, səh.94, Wallace-Sanders-Ferl, 4th Edition, Harper Collins College Publishers / Invitation to Biology, səh.253, Curtis-Barnes, Worth Publishers Inc.

97. Mahlon B. Hoagland, Hayatın Kökleri, TÜBİTAK 12.Basım, May 1998, səh. 153

98. Whitfield, Book Review of Symbiosis in Cell Evolution, 18 Biological J.Linnean Soc. 77-79 (1982)

99. Milani, Bradshaw, Biological Science, A molecular Approach, D.C.Heath and Company, Toronto, səh.158

100. David Attenborough, Life on Earth, Princeton University Press, Princeton, New Jersey, 1981, səh.20

101. Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Ankara, Meteksan Yayınları, 1984, səh.8

102. Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi 2, Alan Yayıncılık, Noyabr 1996, İstanbul, Çev: Veysel Atayman, səh.60-61

103. www.faithmc.org.sg/html/creation/htm

104. "Ancient Alga Fossil Most Complex Yet", Science News, vol. 108 (20 Sentyabr 1975), səh. 181

105. Hoimar Von Ditfurth, Dinozorların Sessiz Gecesi 1, Alan Yayıncılık, Noyabr 1996, İstanbul, Çev: Veysel Atayman, səh.199

106. R.Shapiro, Origins: A Skeptic’s Guide to the Creation of Life on Earth, səh.90-91 (1986)

107. Daniel Axelrod, Evolution of the Psikophyte Paleoflora, 13 Evolution 264-274 (1959)

108. Chester A Arnold, Paleobotaniğe Giriş (New York) Mc Graw-Hill, 1947, səh.334

109. Ranganathan, B.G. Origins?, Carlisle, PA: The Banner of Truth Trust, 1988. səh.20

110. Chester A. Arnold, Paleobotaniğe Giriş, New York: Mc Grow-Hill,1947, səh.7

111. Daniel Axelrod, The Evolution of Flowering Plants, in The Evolution Life, səh.264-274 (1959)

112. "Ancient Alga Fossil Most Complex Yet" / Çok Eski Alg Fosili Hala En Kompleksi, Science News, vol. 108 (20 Sentyabr 1975), səh. 181

113. E. J. H Corner, Evrim, Çağdaş Botanik Düşünce, Macleod ve L S Copley (Chicago, Quadrangle Kitaplar, 1961)

114. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, 1988, səh. 25-26

115. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.3

116. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.6 ve Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, səh.26

117. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.11

118. Francis Darwin, The Life and Letters of Charles Darwin, 1887, səh. 248

119. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.12

120. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.14

121. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.10

122. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.4

123. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.15

124. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.9

125. Ardvini, Teruzzi, Simon&Schuster’s, Guide to Fossils, New York, 1986, pic.no.16

126. Dr. Paul D. Taylor, Eyewitness Guides, Fossil, London, A Dorling Kindersley Book, 1994, səh.36

127. Dr. Paul D. Taylor, Eyewitness Guides, Fossil, London, A Dorling Kindersley Book, 1994, səh.38

128. Dr. Paul D. Taylor, Eyewitness Guides, Fossil, London, A Dorling Kindersley Book, 1994, səh.39

129. Dr. Paul D. Taylor, Eyewitness Guides, Fossil, London, A Dorling Kindersley Book, 1994, səh.39

130. Dr. Paul D. Taylor, Eyewitness Guides, Fossil, London, A Dorling Kindersley Book, 1994, səh.39