Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Bənzərsiz Paylama Sistemi: Bitki Gövdəsi

Ən kiçik bir ot bitkisindən dünyadakı ən hündür boylu ağaclara qədər, hər bitki torpaqdan kökləri vasitəsi ilə aldığı mineralları və suyu ən ucdakı yarpaqları da daxil olmaqla hər yerə paylamaq məcburiyyətindədir. Bu, bitkilər üçün olduqca əhəmiyyətli bir ehtiyacdır, çünki su və minerallar bitkinin ən çox ehtiyac duyduğu maddələrdir.

Ağaç

Fotosintez prosesi də daxil olmaqla bitkilər bütün fəaliyyətlərində suya davamlı ehtiyac duyarlar. Çünki bitkilər,

  • Hüceyrələrinin canlılığını və gərginliyini,
  • Fotosintez əməliyyatını,
  • Torpaqdakı həll olmuş qidaların qəbul edilməsini,
  • Bitki içində bu qidaların müxtəlif yerlərə daşınmasını,
  • Həmçinin də isti iqlimlərdə, yarpaqlarının üzərində sərinlədici təsir yaradaraq istidən zərər görməmələri kimi olduqca həyati əməliyyatlarını yalnız sudan istifadə etməklə yerinə yetirərlər.

Bəs torpağın dərinliklərində olan su və mineral duzlar bitki tərəfindən necə qəbul edilir? Eləcə də bitkilər kökləri vasitəsiylə torpaqdan aldıqları bu maddələri, gövdələrinin fərqli bölgələrinə necə çatdırırlar? Bu çətin əməliyyatları yerinə yetirərkən hansı üsullardan istifadə edirlər?

Bu suallar cavablandırılarkən unudulmaması lazım olan ən əhəmiyyətli nöqtə, şübhəsiz ki, suyu metrlərlə yuxarıya qaldırmağın olduqca çətin bir iş olduğudur. İndiki vaxtda bu əməliyyat müxtəlif hidrofor sistemlərindən istifadə edilməklə həyata keçirilir. Bitkilərdəki daşıma və paylama əməliyyatları da bir cür hidrofor sistemi ilə təmin edilir.

Bitkilərdəki bu hidrofor sisteminin varlığı təxminən 200 il bundan əvvəl kəşf edilmişdir. Lakin bitkilərdə suyun yerin cazibə qüvvəsinə zidd olaraq baş verən bu hərəkətini təmin edən sistemi qəti bir şəkildə açıqlaya bilən elmi bir qanun hələ də müəyyənləşdirilməyib. Bu mövzuda elm adamları yalnız müxtəlif nəzəriyyələr irəli sürür və bu nəzəriyyələrin içində ən ağlabatan və qaneedici görünənini etibarlı sayırlar.

Bütün bitkilər lazım olan maddələri torpaqdan ala biləcəkləri bir paylama şəbəkəsiylə təchiz edilmişlər. Bu şəbəkə torpaqdan alınan mineralları və suyu lazımi miqdarda və ən qısa zamanda ehtiyac duyulan mərkəzlərə çatdırar.

Ağaçtaki su taşıma sistemi

Elm adamlarının öyrəndiklərinə görə bitkilər bu çətin işi bacarmaq üçün birdən çox metoddan istifadə edirlər.

Bitkilərdə suyun və qidaların daşınması bir-birindən fərqli xüsusiyyətlərə sahib strukturlar sayəsində reallaşır. Bu strukturlar xüsusi olaraq hazırlanmış daşıma və paylama kanallarıdır.

Aynı ağaçta bulunmalarına rağmen birbirinden çok farklı yapılara sahip olan taşıma boruları.

Suyun daşınması

Ağaç

Daşıma əməliyyatının yerinə yetiriləcəyi bitkinin böyüklüyü nə qədər olursa olsun, daşıma sistemini əmələ gətirən borular təxminən 0,25 mm (palıd) ilə 0.006 mm (cökə) arasında bir diametrə sahib olan, bəziləri ölü, bəziləri də canlı bitki hüceyrələrindən meydana gələn(68), bu saydıqlarımızdan başqa hər hansı bir xüsusiyyətə sahib olmayan odunlaşmış toxumalardır. Məhz bu strukturlar bitkilər üçün lazım olan suyu metrlərlə hündürlüyə daşımaq üçün lazım olan ən uyğun dizayna sahibdirlər.

Bu daşıma sisteminin fəaliyyətə keçməsi yarpaqların su itirməsiylə başlayır. Yarpaqların alt qismində və bəzi bitkilərdə isə üst səthdə yerləşən incə məsamələrdə (stomalar) baş verən proseslərdən ötrü bitkilərdə daşıma sistemləri fəaliyyətə keçər.

Çöldəki havanın rütubətliliyi 100%-dən az olduğu təqdirdə, yarpaqda baş verəcək buxarlanmadan ötrü, su həmin bu məsamələrdən çölə verilər. Hətta çöldəki rütubətlilik 99% olsa belə, bu vəziyyət yarpaqdakı suyun çölə çıxması üçün dəyərləndiriləcək bir imkan halına gəlir və yarpaq sürətlə su itirməyə başlayır. Məhz bu şəkildə bitkilərin torpaqdan aldıqları suyun yarpaqlarda baş verən buxarlanma nəticəsində uçub getməsiylə yaranan su itkisi dərhal aradan qaldırılmalıdır.

Göründüyü kimi yarpaqlardakı mexanizmlər rütubət miqdarındakı 1%-lik kimi olduqca kiçik bir dəyişikliyi belə müəyyənləşdirə biləcək həssaslığa sahibdirlər. Bu çox əhəmiyyətli bir xüsusiyyətdir. Yarpaqlarda baş verən digər hadisələr də araşdırıldığında dövrümüzdəki texnologiyayla belə tam olaraq öyrənilə bilməmiş əməliyyatlarla qarşılaşılacaqdır. Çox kiçik bir yerdə reallaşan bu möcüzəvi əməliyyatlar ağla yenə bir çox sual gətirəcək.

Bitkilər, 1%-lik rütubət dəyişikliyini belə hiss edərək lazım olan əməliyyatları başladacaq mexanizmə necə sahib olmuşlar? Bu mexanizmi kim dizayn etmişdir? Milyonlarla il əvvəldən bu günə qədər qüsursuz bir şəkildə işləyən belə bir texnologiya necə meydana gəlmişdir?

Bu mexanizmi dizayn edən, meydana gətirən bitkilər deyil. Belə bir quruluşun yarpağa yerləşdirilməsinə hər hansı başqa bir canlının müdaxilə etmiş olması da qeyri-mümkündür. Şübhəsiz ki, bitkilərə sahib olduqları bütün xüsusiyyətləri verən, bu sistemləri millimetrin yüzdə biri, hətta mində biri kimi ölçülərlə ifadə edilən yerlərə yerləşdirən üstün bir ağıl vardır. Bu ağlın sahibi bütün aləmlərin hakimi olan hər şeyi nəzarət altında saxlayan Allahdır.

Su torpaqdan metrlərlə hündürlüyə necə daşınır?

Mayelərin torpaqdan yarpaqlara necə çatdırıldığı sualı haqqında yaradılan nəzəriyyələrin ən çox qəbul edilənlərindən biri "kohezyon nəzəriyyəsi"dir. Molekullar arasındakı cazibə qüvvəsi, ağacın "ksilema" (ötürücü topalar) adı verilən oduncaq boruları ilə təmin edilən bir qüvvədir. Bu qüvvə, oduncaq borularındakı suyu meydana gətirən molekullar arasında olan cazibə qüvvəsi sayəsində meydana gələr. Oduncaq boruları suyun daşınmasını təmin edəcək iki tipdəki hüceyrədən meydana gələr. Bu hüceyrələrin bir növü (traxeid hüceyrələri) müəyyən bir ölçüyə və formaya çatdıqlarında sitoplazmalarını itirərək ölərlər. Bunun çox əhəmiyyətli bir səbəbi vardır. Su borularda daşındığı vaxt hər hansı bir maneə ilə qarşılaşmadan asanlıqla hərəkət etməlidir. Bunu təmin etmək üçün sitoplazmanın tam mənasıyla boş bir boru meydana gətirməsi şərtdir. Sitoplazmanın sellülozadan ibarət olan qalın hüceyrə çəpərini buraxaraq yox olmasının səbəbi budur. Yaşayan bütün bitkilərin ksilema boru xəttləri tamamilə ölü hüceyrələrdən ibarətdir.(69) Bu sistemdəki bəzi hüceyrələr oyuqlu (məsaməli) quruluşa (məsaməli traxeid) sahibdirlər. Bunlar uzun hüceyrələrdir və qalın, möhkəm divarları vardır. Həmçinin yanlarındakı hüceyrələrlə birləşəcəkləri yerlərdə kiçik dəliklərə (oyuqlara) sahibdirlər. Hüceyrənin oyuq yeri bir-birlərinə asan şəkildə bağlana bilmələri üçün növbəti hüceyrənin oyuğu ilə uyğunluq təşkil edir. Bu uyğunluq sayəsində hüceyrə uzantıları birləşərək gövdə boyunca ardıcıl boru xətti meydana gətirərlər. Hüceyrə çəpərlərindəki dəliklər iki hüceyrənin bir-biri ilə birləşdiyi yerlərdir. Bu quruluş suyun axımı üçün boru xəttinin dözümlülüyünü artırır.

Ağaçtaki su taşıma sistemi

1. Ağaç gövdesinin büyüme noktası

2. Büyüme için enerji sağlayan, phloem hücreleri tarafından taşınan yanmış şeker

3. Güneş ışığı

4. Buharlaşma sonucu kaybedilen su

5. Yoğun şeker çözeltisini meydana getirmek için fotosentez yoluyla yaprak hücrelerind oluşan şeker

6. Phloem hücreleri yoluyla yoğun çözeltinin içindeki şekerin akışı

7. Elek hücresi

8. Elek tbakası

9. Yardımcı hücre

10. Gövde

11. Toprak yüzeyi

12. Ksilem hücreleri içinden sızan su ve mineral tuzların akışı

13. Kök hücreleri tarafından emilen (ya da absorbe edilen) su ve mineral tuzlar

14. Seyreltilmiş şeker çözeltisini ortaya çıkaran kök gelişimi için enerji sağlayan yanmış şeker

Bura qədər saydığımız bütün bu xüsusiyyətlər bitkilərdə daşımanın etibarlı bir şəkildə reallaşması üçün lazım olan bünövrənin ilk daşlarıdır. Bu hüceyrələrin meydana gətirdiyi borular əvvəlcə suyun sorulması əsnasında meydana gələcək təzyiqə dözümlü olmalıdır. Yuxarıdan da göründüyü kimi, bu möhkəmlik hüceyrələr arasındakı oyuqlar vasitəsiylə təmin edilmişdir. Daha sonra maddələrin daşınma əsnasında bir maneə ilə qarşılaşmasının qarşısı alınmalıdır, çünki gedəcəkləri yolda qarşılaşacaqları hər hansı bir maneə bir-birinə çox bağlı olan bu sistemdə ləngimələrin meydana gəlməsinə səbəb olacaq. Bu ehtimalın qarşısı da sitoplazmanın ölümü və boş borular meydana gətirməsiylə alınmışdır.

Ksilema oduncaq borularının hüceyrə çəpərləri olduqca qalındır, çünki, su sorulma yolu ilə və müəyyən bir təzyiq altında, ağacın içində olan bu boru yolda hərəkət edəcək. Borular olduqca güclü olan bu mənfi təzyiqə müqavimət göstərmək məcburiyyətindədirlər. Ksilema borularında bir cür su sütunu meydana gələr. Bu kolonun gərilmə qüvvəsi, suyu bilinən ən hündür ağacın ən yuxarı nöqtəsinə qədər daşıya biləcək gücdə olmalıdır ki, bitki həyatını davam etdirə bilsin. Su, bu güc sayəsində Mamut ağacında olduğu kimi 120 m hündürlüyə qədər çıxa bilər…(70)

Torpaqdakı su ksilema borularına köklər vasitəsiylə daxil olar. Bu məqamda kökün daxili təbəqəsinin əhəmiyyəti aydın olur. Kökdəki hüceyrələrin protoplazmaları vardır. Hüceyrənin ətrafını meydana gətirən bu protoplazmalar; böyük bir hissəsi sudan, qalan hissəsi isə karbon, hidrogen, oksigen, azot, kükürd, bəzən də fosfor ehtiva edən zülallar, nişasta və şəkər kimi karbohidratlar, yağlar və müxtəlif duzlardan ibarət quruluşlar olub(71), xüsusi bir yarım keçirici zarla örtülmüşlər. Bu da müəyyən ionların və qidaların asanlıqla çölə çıxmalarını təmin edər. Kökün bu xüsusi quruluşu suyun qəbulunu asanlaşdırır.

Qida daşınması

Qidaların daşındığı floema boruları sistemi də iki müxtəlif növ hüceyrədən əmələ gəlir. Bu hüceyrələr qidaların daşındığı yüksək iхtisaslaşmış (ələkvari elementlər) hüceyrələr və parenхim (özəklə qabıq hissəsini əlaqələndirici) hüceyrələrdir. Hər iki hüceyrə də uzundur və quruluş etibarilə ksilema sistemindəki hüceyrələrdən tamamilə fərqlidir. Bu fərqlilik hüceyrələrin quruluşu öyrənildiyi vaxt aydın bir şəkildə görünür. Floema sistemindəki hüceyrələrin hər ikisi də olduqca nazik bir hüceyrə çəpərinə sahibdir. Həmçinin bunlar canlı hüceyrələrdir. Ksilema sistemindəkilər isə ölüdürlər.

Ağaçtaki su taşıma sistemi

Floema borularını meydana gətirən yüksək iхtisaslaşmış (ələkvari elementlər) hüceyrələr üzərindəki tədqiqatlar bunlarda nüvə olmadığını göstərmişdir. Bundan fərqli olaraq, parenхim (özəklə qabıq hissəsini əlaqələndirici) hüceyrələri isə sitoplazmalarının qatılığı və mərkəzdən kənarda yerləşən nüvələrinin olması ilə seçilir.

Göründüyü kimi bitkilərin daşıma sistemlərindəki borular, quruluş, forma və yaranma etibarilə bir-birlərindən tamamilə fərqlidirlər. Bu fərqliliyin səbəbi, hüceyrələrin yerinə yetirdikləri vəzifələrlə əlaqədardır. Hüceyrə nüvəsi hüceyrəylə əlaqədar bütün məlumatların olduğu bir mərkəzdir. Belə bir mərkəzin hüceyrə içində olmaması isə olduqca qeyri-adi bir vəziyyətdir. Yüksək iхtisaslaşmış (ələkvari elementlər) hüceyrələrin nüvələri yoxdur, çünki bu hüceyrələrdəki bu tip orqanoidlər qida maddələrinin hərəkətinə maneə ola bilər.

Bitkilərdəki daşıma sistemlərində çox müfəssəl bir layihə vardır. Hər hüceyrənin vəzifəsi və buna bağlı olaraq da quruluşu çox fərqlidir. Bu incəliklər qarşısında ağla, çox kiçik sahələrə yerləşdirilmiş bu sistemlərin necə meydana gəldiyi sualı gələcəkdir.

Belə bir sistemin təsadüfən meydana gəlməsi qeyri-mümkündür. Bu sistem xüsusi olaraq hazırlanmış bir layihənin nəticəsidir. Belə mürəkkəb və bənzərsiz bir sistemin hansı səbəbə görə təsadüfən meydana gələ bilməyəcəyini suallar soruşaraq analiz edək:

Bəhs etdiyimiz bu əmələgəlmə prosesi, yəni, hüceyrə nüvəsinin yalnız bu hüceyrə növündə yox olması necə bir zamanlamayla ya da necə bir üsulla tənzimlənmiş ola bilər? Təsadüflər yalnız müəyyən hüceyrələrin nüvələrini itirmələrinin lazım olduğuna necə qərar vermiş ola bilər? Qərar verdiklərini fərz edək, onda bəhs olunan quruluşun minlərlə, milyonlarla il təsadüfləri gözləyərək yaranması mümkündürmü? Bu sual mütləq cavablandırılmalıdır. Bu qətiyyən mümkün deyil. Düşünək və bunu görək. Əgər bir bitkidəki floema borularının nüvələri olsaydı nə baş verərdi? Bu vəziyyətdə ilk tıxanma zamanı bitki yavaş-yavaş ölərdi. Bu da bitkinin məhvinə, bu səbəblə də bir müddətdən sonra bu növün yox olmasına gətirib çıxaracaqdı. Bu sistemin yer üzündə olan digər bütün bitki növlərində də meydana gəlməsinin lazım olduğunu nəzərə alsaq, bitkilərdəki daşıma mexanizmlərinin təsadüfən meydana gələ bilməyəcəyi həqiqəti daha aydın şəkildə görüləcək. Göründüyü kimi floema borularının bitkilər ilk yarandıqları andan etibarən bugünkü xüsusiyyətləriylə əskiksiz var olması zəruridir. Bitkilərdə zamanla inkişaf deyə bir şey mümkün deyil.

Bununla yanaşı belə qarışıq və qüsursuz bir sistemdəki tarazlığın bir dəfə təmin edilmiş olması da kifayət etməyəcəkdir. Çünki, ağaclarda və böyük bitkilərdə ksilema və floema boruları sistemi hər il yenilənir. Sistem; bütün strukturları, özünəməxsus xüsusiyyətləri, xüsusi hüceyrə strukturları, sistemin işləmə sürəti kimi incəlikləriylə birlikdə heç bir ləngimə olmadan hər il yenilənir.

Üstəlik, qidaların daşınmasında suyun daşınmasının əksinə canlı hüceyrələrdən istifadə edilir. Bəs, bu fərqin səbəbi nədir?

Eyni bitkinin gövdəsi daxilində yerləşən iki sistemdəki bu fərq çox əhəmiyyətlidir, çünki qida daşınmasında (floema sistemində) mineralların bitki içində ötürülməsi vəzifəsini bilavasitə hüceyrələr yerinə yetirər, buna görə də onlar canlı olmalıdırlar. Ksilema sistemindəki hüceyrələrsə suyun daşınmasında yalnız bir boru funksiyası yerinə yetirərlər, suyun yarpaqlara ötürülməsini təmin edən isə daxili təzyiqdir. Qida daşınmasında canlı hüceyrələrdən əmələ gələn bir sistemin qurulmasının səbəbi məhz budur.

Bitkilərin su daşımalarında olduğu kimi, qidaları daşımalarında da yalnız nəzəriyyələr etibarlıdır. Botaniklər bu sistemin necə işlədiyi ilə əlaqədar olaraq xeyli tədqiqatlar aparmışlar. Aparılan tədqiqatlarla əldə olunan nəticələrdən ən çox qəbul olunanı "kütləvi axım nəzəriyyəsidir".(72) Bu nəzəriyyəyə görə yarpaqların daxili toxumalarında qida olaraq hazırlanan şəkər, fəal daşıma yolu ilə daşıyıcı kanalda canlı olan xüsusi hüceyrələrə çatdırılır. Bu daşıyıcı kanalı meydana gətirən hüceyrələrə, yəni, nüvəsini itirən hüceyrələrə gələn şəkərli məhlul, kanal boyunca bitkinin şəkər sıxlığı az olan digər bölgələrinə daşınır.(73)

Bu abzası bir də cümlələr üzərində ətraflı şəkildə düşünərək nəzərdən keçirək. Bitkini meydana gətirən hüceyrələr şəkərin az olduğu yerləri təsbit edib, lazımlı gördükləri yerə şəkər daşıyırlar. Üzərində düşünüldüyü təqdirdə hüceyrələrin belə bir işi görmələrində fövqəladə bir vəziyyət olduğu asanlıqla görüləcək. Bu hadisə necə reallaşır? Hüceyrələrin belə bir qərar vermələri və şəkər sıxlığının miqdarını təsbit etmələri mümkündürmü? Əlbəttə ki, bu qeyri-mümkündür. Şüursuz hüceyrələr belə bir şeyi təsbit edə bilməzlər. Digər hüceyrələrin nələrə ehtiyac duyduqlarını bilməzlər. Bitkilərdəki bu hüceyrələr də kainatdakı bütün canlılar kimi yaradıcımız olan Allaha tabe olmuşlar və Onun ilhamı ilə hərəkət edirlər. Allah bu həqiqəti bir ayəsində belə bildirir:

...Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın... (Hud surəsi, 56)

 

Təkamülün qidalardakı daşıma sistemləriylə əlaqədar düşdükləri çıxılmaz vəziyyətlər

Təkamülçülər bitkilərdəki bütün bu sistemlərin milyonlarla illik bir müddətdə, nəzarətsiz təsadüflər nəticəsində bu mükəmməl hallarına çatdıqlarını iddia edirlər. Həmçinin də təkamülçülərə görə bu əməliyyatların tamamlanmasını gözləyən bitkilərə nədənsə heç bir şey olmamışdır. Hər təsadüf yerində reallaşarkən, keçid mərhələlərində bitki qida hazırlaya bilmədiyi üçün məhv olmamış, susuz qalıb qurumamış və bütün bunlara milyonlarla il tab gətirə bilmişdir.

Bu hissədə bitkilərin sahib olduğu mürəkkəb sistemlərdən yalnız daşıma sisteminin quruluşu ümumi xəttləriylə araşdırılmışdır. Bu mövzu belə özlüyündə təkamül nəzəriyyəsinin mənasızlığını sübut etmək üçün kifayətdir. Təkamülçülərin bu mövzulardakı iddiaları təkamülün mikrobioloji çöküşü hissəsində ətraflı şəkildə müzakirə ediləcək.

Bura qədər saydığımız bütün xüsusiyyətlər bitkilərdə su və qida daşınmasının təhlükəsiz bir şəkildə reallaşması üçün lazım olan infrastrukturun ümumi cəhətləridir. İncəliklərinə getmədən ümumi şəkildə araşdırdığımız bu mürəkkəb mexanizmlər, şübhəsiz ki, bənzərsiz və üstün bir ağlın əsəridir. Suyun daşınmasında bu iş üçün xüsusi olaraq seçilmiş hüceyrələrin meydana gətirdiyi borular vardır və bunlar suyun sorulması əsnasında meydana gələcək təzyiqə dözümlü olmalıdırlar. Həmçinin bu quruluş suyu asanlıqla çatdıra bilmək üçün sitoplazmasız olmalıdır. Qida daşıyan hüceyrələr isə tam əksinə canlı olmaq məcburiyyətindədirlər və qidanı çatdırmaq üçün də bir sitoplazmaya sahib olmalıdırlar. Bəs, onda bitkilərdəki su və qida daşıma əməliyyatını ən incə nöqtəsinə qədər təmin edən bu mexanizmləri kim meydana gətirmişdir? Bitkilərmi? Suyu daşıyan kanallardan, fotosintez edən yarpaqlardan, budaqlardan, qabıqlardan meydana gələn bitkilər suyun fiziki xüsusiyyətlərini, təzyiq sistemlərini və bunlara bənzər digər incəlikləri bilmədən öz-özlərinə daşıma əməliyyatına uyğun infrastrukturu necə qura bilərlər? Yenə qida daşıyan kanallar şəkərin quruluşunu bilmədən bu maddəni ən yaxşı şəkildə daşıyacaq sistemi necə tapa bilərlər?

Bu kimi suallar çoxaldıla bilər, lakin hamısının tək bir cavabı vardır. Bitkilərin belə qüsursuz sistemləri "qurmaları", "layihələndirmələri" və ya "tapmaları" kimi bir mövzudan söhbət belə gedə bilməz. Bitkilərin iradələri yoxdur. Elm adamlarının belə "başa düşməkdə" çətinlik çəkdikləri bu qüsursuz sistemləri meydana gətirənlər bitkilər də, təsadüflər də deyil.

Bütün bu sistemləri tam lazım olan şəkildə bitkinin hüceyrələrinə yerləşdirən, bitkini də, suyu da, qidanı da yaradan Allahdır. Hər şeyi əskiksiz olaraq yaradan və yaratdıqlarını da ən gözəl və ən qüsursuz şəkildə var edən Rəbbimiz, bizə Özünü tanıdır.

 

Qidaların paylanması

Köklərin torpaqdan aldığı mineralları paylama əməliyyatı da gövdənin boynuna düşür. Gövdə, mineralları ehtiyac duyulan bölgələrə ən uyğun şəkildə paylamaq məcburiyyətindədir. Məsələn, yarpaq saplağında daha çox kalsium olmalıdır, çünki, saplaq, yarpaqları və çiçəkləri daşıdığı üçün dözümlü və sərt bir quruluşa sahib olmalıdır. Toxumda isə saplaqla müqayisədə daha az miqdarda kalsium olur.

İnsan bədənindən bir nümunə vermək lazımdırsa, maqneziumun insan bədənindəki vəzifəsi əzələlərin güclənməsini, zülal sintezini, hüceyrələrin böyüməsini və yenilənməsini təmin etməkdir. Yəni, maqnezium böyümənin və hüceyrənin mühərrikidir. Bitkilərdə də maqnezium bitkinin böyümə yerlərində mövcuddur və əmələ gələcək xlorofilin quruluşunda yer almaq üçün gözləyər. Bitkilərdəki başqa bir element olan fosfor da eyni maqnezium kimi böyümə yerlərində və bitkinin çiçək, meyvə kimi qisimlərində daha çox olur.(74)

Bitkilərdə olan bu qüsursuz daşıma sistemi, üstün bir yaradılışın məhsuludur. İndiki vaxtda belə tam şəkildə necə bir planla reallaşdığı öyrənilə bilməmiş bu fövqəladə əməliyyat, çox üstün bir ağla və məlumata sahib olan Rəbbimizin yaratmasıdır.

Şübhəsiz ki, yer üzündəki bütün canlıların yaradıcısı və onların hər cür ehtiyacından xəbərdar olan Allahdır.

Bahar dalı

 

 

O, yarattığını bilmez mi? O, Latif'tir; Habir'dir. Sizin için, yeryüzüne boyun eğdiren O'dur. Şu halde onun omuzlarında yürüyün ve O'nun rızkından yiyin.
Sonunda gidiş O'nadır.
(Mülk Suresi, 14-15)

--

68. Prof. Dr. İlhami Kiziroğlu, Genel Biyoloji, Desen Yayınları, Dekabr 1990, səh.75

69. Malcolm Wilkins, Plantwatching, New York, Facts on File Publications, 1988, səh.106

70. Prof. Dr. İlhami Kiziroğlu, Genel Biyoloji, Desen Yayınları, Dekabr 1990, səh.78

71. Temel Britannica, cild 8, səh.221

72. Prof. Dr. İlhami Kiziroğlu, Genel Biyoloji, Desen Yayınları, Dekabr 1990, səh.78

73. Milani, Bradshaw, Biological Science, A molecular Approach, D.C.Heath and Company, Toronto, səh. 431

74.www.sprl.umich.edu/GCL/paper_to_htm/teeri2.html